2016-cı ildə pensiya və əmək haqları artırılacaq
15.01.2016 [09:28]
Prezident İlham Əliyev: Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın
Məlum olduğu kimi, 2015-ci ildə qlobal miqyasda bir sıra arzuolunmaz hadisələr baş verib ki, bunların da nəticəsində dünyanın siyasi və iqtisadi mənzərəsi nəzərəçarpacaq dərəcədə gərginləşib. Ələlxüsus da hegemon güc mərkəzləri arasında yaşanan siyasi ixtilaflar səbəbindən neftin kəskin şəkildə ucuzlaşmasının ötən ildə də davam etməsi iqtisadiyyatı “qara qızıl” istehsalı və ixracı ilə bağlı olan ölkələri ciddi sınaq qarşısında qoyub. Ayrı-ayrı ölkələr sərt qənaət rejiminə keçərək hətta öz sosial proqramlarını belə ixtisar etmək, pensiya və əmək haqlarını azaltmaq məcburiyyətində qalıblar. Şübhəsiz, dünyada yaşanan gərginliklər Azərbaycana da bu və ya digər dərəcədə təsirsiz ötüşmür. Qeyd edək ki, qlobal miqyasda baş verən məlum kataklizmlərin fonunda ötən ilin dekabr ayının son ongünlüyündə ölkəmizin milli valyutası da devalvasiyaya uğrayıb.
Bəhs olunan mənfi təzahürlərə baxmayaraq, bütövlükdə götürdükdə 2015-ci il də Azərbaycan üçün uğurlu il olub və ölkəmiz iqtisadi potensialına uyğun olaraq özünün sosial dövlət siyasətinə sadiq qalıb.
Sosial proqramlar 2015-ci ildə də davam etdirilib
Uğurlu iqtisadi inkişafın səmərəliliyi, ilk növbədə, sosial problemlərin vaxtında həllini tapması, insanların rifah halının yaxşılaşması, işsizliyin və yoxsulluğun davamlı olaraq azaldılması, insan kapitalının inkişafı kimi göstəricilərlə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəfə çatmaq üçün bütün ölkə miqyasında genişməzmunlu sosial proqramlar reallaşdırılır. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 12 ildə respublikanın regionlarında çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib.
Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib.
Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi və sosial proqramların yerinə yetirilməsi siyasəti paralel şəkildə həyata keçirilir. Azərbaycan sosial dövlət olduğunu artıq tarixə dönən 2015-ci ildə də təsdiqləyib. Dünyadakı mənzərədən fərqli olaraq, ötən il Azərbaycanda nəinki heç bir sosial layihə təxirə salınmayıb, əksinə, ölkəmiz bu sahədə yeni təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamızın bu uğurunun xüsusi olaraq vurğulayıb: “Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır”.
Eyni zamanda, Prezident İlham Əliyev 2015-ci ildə ölkəmizdə sosial təyinatlı infrastruktur yaradılmasının davam etdirilməsindən də məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkənin gəlirləri azalsa da, dövlətin sosial sahəyə lazımi qədər vəsait ayırdığını xüsusi olaraq nəzərə çatdırıb: “Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir”.
Əlamətdar haldır ki, respublikamızda sosial sahəyə yönələn vəsaitlərin həcmi indiki gərginliklər şəraitində də artırılır. Əgər 2015-ci ildə sosial sahə üzrə xərclər dövlət büdcəsinin 27,6 faizi qədər idisə, cari ildə sosial istiqamətə yönələn xərclər büdcə vəsaitlərinin 36,1 faizini təşkil edəcək.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kifayət qədər vəsait ayrılır
Ölkəmizdə Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və digər sosial problemlərinin həlli ilə bağlı qarşıya qoyduğu vəzifələr uğurla icra olunur. Haqqında bəhs olunan kateqoriyadan olan soydaşlarımıza dövlət qayğısının artırılmasında Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mühüm rolu olub. Dövlət başçısının 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Bundan başqa, Prezident İlham Əliyev 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” başqa bir Sərəncam imzalayıb.
Yuxarıda haqqında bəhs olunan Dövlət Proqramında 22921 ailənin - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulur. Ötən müddətdə Dövlət Proqramının icrası çərçivəsində görülən işlərin miqyası kifayət qədər böyükdür. Belə ki, 2003-2014-cü illər ərzində respublikanın müxtəlif regionlarında 87 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 42 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Bundan başqa, hərtərəfli infrastruktura malik onlarla məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evləri də qaçqın və məcburi köçkün soydaşlarımızın istifadəsinə verilib. Ümumiyyətlə, son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub.
Yuxarıda haqqında bəhs olunan Dövlət Proqramının uğurla icra edilməsi ölkə ərazisində çadır şəhərciklərinin bütünlüklə ləğv olunması ilə nəticələnib. Eyni zamanda, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər 2015-ci ildə də intensiv şəkildə davam etdirilib. Prezident İlham Əliyev gələcəkdə də bu istiqamətə böyük məbləğdə vəsait ayrılacağını diqqətə çatdırıb: “Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub”.
Ölkə vətəndaşlarının maddi təminatının möhkəmlənməsi daim diqqət mərkəzində saxlanılır
Son illərdə Azərbaycan dövləti, bir tərəfdən, zəngin infrastruktur yaradılmasına, digər tərəfdən isə, vətəndaşların maddi təminatının möhkəmləndirilməsinə, rifah halının yüksəldilməsinə yönələn çoxsaylı tədbirlər reallaşdırmaqla əhalinin sosial müdafiəsinin rasional şəkildə təmin edilməsinə nail olur. Ölkənin iqtisadi potensialının ilbəil artması paralel surətdə əhalinin maddi təminatının getdikcə daha da möhkəmlənməsində öz əksini tapır. Son 12 il ərzində respublika iqtisadiyyatının 3 dəfədən çox genişlənməsi fonunda həmçinin əhalinin həyat səviyyəsi, rifah göstəriciləri də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bunu statistik göstəricilər də təsdiqləyir. Bəhs olunan dövrdə ölkəmizdə əhalinin gəlirləri 7 dəfəyə yaxın artaraq 2003-cü ildəki 5,7 milyard manatdan 2015-ci ilin əvvəlində 39,3 milyard manata, adambaşına düşən gəlirlər 6 dəfəyə yaxın artmaqla 707,2 manatdan 4180,6 manata çatıb. Ötən ilin yanvar-noyabr aylarında isə əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər 4,4 faiz artıb.
Ölkədə əhalinin maddi rifah halının yaxşılaşmasında müəyyən kateqoriyadan olan vətəndaşlara ödənilən sosial müavinətlərin də böyük rolu var. Son illərdə həm ünvanlı sosial yardımların məbləği artırılıb, həm də onların təyin edilməsi və ödənilməsi sahəsində şəffaflığı təmin edən zəruri tədbirlər həyata keçirilib. Bu sahədə islahatlar aparıldığını bildirən Prezident İlham Əliyev deyib: “İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır”.
Son illərdə ölkəmizdə yeni iş yerlərinin yaradılması davamlı prosesə çevrilib. Ölkəmizdə regional inkişaf proqramlarının uğurla reallaşdırılması, qeyri-neft sektorunun inkişafının təşviq edilməsi və digər məqsədyönlü tədbirlər sayəsində son 12 ildə 1,4 milyondan çox yeni iş yerinin açılması sosial rifahın yüksəlməsində mühüm faktor kimi çıxış edən məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. Ölkəmizdə 2003-cü ildən bəri iqtisadiyyatda məşğul əhalinin sayı 16 faizədək artıb və hazırda iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsini təşkil edir. Məşğul əhalinin sırasında muzdla işləyənlərin sayı bəhs olunan dövrdə 24 faizədək və ya 300 min nəfərədək artıb.
Beləliklə, işsizliyin 4,9 faizədək azalması fonunda ölkədə əhalinin həyat səviyyəsinin yaxşılaşmasına nail olunub və yoxsulluq kəskin şəkildə azalaraq 5 faizə enib. Prezident İlham Əliyev ötən il ölkəmizdə regional inkişaf proqramının uğurla reallaşdırılması və yeni müəssisələrin yaradılması nəticəsində yüz mindən çox iş yerinin açılmasından məmnunluğunu ifadə edib: “Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir”.
Bu məqamda onu da vurğulayaq ki, artıq ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında verdiyi mesajlardan bəlli olur ki, bu sahədə yaranan müsbət tendensiya gələcəkdə də davam edəcək. Dövlət başçısı bildirib ki, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək.
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq miqyasda da diqqətdən kənarda qalmır. Təsadüfi deyil ki, respublikamız BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib və 2015-ci ildən sonrakı dövr üçün BMT tərəfindən həmin məqsədlər üzrə qlobal prioritetlərin müəyyən edilməsində ölkəmizin də tövsiyələri nəzərə alınıb. Bu, o deməkdir ki, Azərbaycanın sosial inkişaf modeli artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul edilir. Yeri gəlmişkən, beynəlxalq təşkilatlar ölkəmizdə insan inkişafı göstəricilərinin yaxşılaşdığını bildirirlər. Adambaşına düşən ÜDM-in çoxalması və digər müsbət amillər nəticəsində Azərbaycanın BMT-nin “İnsan inkişafı hesabatı”nda mövqeyi daim yaxşılaşır. Ölkəmiz bu hesabatda 2014-cü ildə əvvəlki illə müqayisədə daha 6 pillə irəliləyərək 187 ölkə arasında 76-cı yeri tutub. BMT İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair dərc etdiyi “İnsan inkişafı naminə əmək” adlı məruzəsində də həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı, təhsil, mədəni inkişaf və s. sahələrdə ölkəmizdə əldə olunan uğurlar dəyərləndirilib və Azərbaycan məruzədə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib.
Pensiyaların və əmək haqlarının artırılması tendensiyası cari ildə də davam edəcək
Ölkəmizdə əmək haqlarının və pensiyaların davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləğində, 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artım baş verib.
Orta aylıq əməkhaqqının məbləği isə 5,6 dəfədən çox artıb. Hazırda MDB məkanında ən yüksək orta aylıq əməkhaqqı göstəricisi məhz Azərbaycandadır. Ölkəmizin MDB məkanında ən yüksək orta aylıq əməkhaqqı göstəricisinə malik olması müvafiq qurumların hesabatlarında da vurğulanır. Bu baxımdan, MDB Dövlətlərarası Statistika Komitəsinin yaydığı məlumat da xarakterikdir. Qurumun məlumatında vurğulanır ki, Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB məkanında lider mövqeyi bölüşür.
Ölkəmizdə əmək pensiyaları da mütəmadi qaydada artırılır. Respublika üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlində 1 milyon 290 min 900 nəfər olub və yanvar-dekabr aylarında 5 min nəfər və ya 0,4 faiz artaraq, ilkin məlumatlara əsasən, 1 yanvar 2016-cı il tarixində 1milyon 295 min 900 nəfər təşkil edib. Hazırda respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edir.
Ölkədə əhalinin gəlirlərinin, o cümlədən də pensiyaların və əmək haqlarının artırılması tendensiyasının cari ildə də davam etdirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində bununla bağlı hökumətə xüsusi tapşırıq verib: “Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq”.
Dövlət başçısı vurğulayıb ki, pensiya və əmək haqlarının artırılması məqsədilə dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq: “Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında verdiyi mesajlardan bəlli olur ki, 2016-cı ildə ölkəmizdə bütün sosial proqramlar icra ediləcək. Bununla bağlı prinsipial mövqeyini ifadə edən dövlət başçısı deyib: “Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48

