Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzidir
27.01.2016 [10:26]
Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının plenar iclasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək ölkəmizdəki multikulturalizm ənənəsindən danışıb.
Bir tərəfdən baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər tərəfdən siyasi müstəvidə baş verən qarşıdurmaların ictimaiyyəti ciddi narahat etdiyini bildirən azərbaycanlı deputat ötən il baş verən qanlı terror hadisələrinə toxunaraq heç bir xalqın, heç bir dövlətin bu kimi mənfi hadisələrdən sığortalanmadığını vurğulayıb.
Bu baxımdan o, əməkdaşlığın, fərqli dəyərlərə qarşılıqlı hörmətin bu gün çox vacib olduğunu bildirib. Xüsusilə, dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumu səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoqun əhəmiyyətini qeyd edib.
S.Qafarova bildirib ki, dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının ən ümdə şərtlərindəndir. Ona görə də milli hökumətlər bu məsələlərin həllinə diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizm və dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər. Qarşılıqlı hörmət və əməkdaşlığın bir çox problemlərin açarı olduğu diqqətə çatdırılıb.
Müstəqil Azərbaycan Respublikasının həmişə məhz bu dəyərlərə və niyyətə söykənən xarici siyasət kursu həyata keçirdiyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanın tarixi və müasir gerçəklikləri sülh və təhlükəsizliyin təmin olunmasının multikultural dəyərlərin, dini və milli tolerantlığın mövcud səviyyəsindən birbaşa asılı olduğu qənaətinə gətirir.
Azərbaycanın təcrübəsində tolerantlığın, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmətin, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiramın sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yolu olması sübut edilib. Bu gün Azərbaycanda xristian, yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal platformadır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Bu, Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Bakıdan dünyaya verilən bu mesajın lazımi şəkildə qiymətləndiriləcəyinə ümid etdiyini bildirən azərbaycanlı deputat sülh və əmin-amanlığın, təhlükəsizliyin, beynəlxalq hüququn norma və prinsiplərinin, ədalətin sözdə deyil, əməldə də öz əksini tapmasının zəruriliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19

