Mixail Şvıdkoy: Poladı bütün postsovet məkanında sevir və xatırlayırlar
04.02.2016 [09:49]
“Heydər Əliyev Poladın simasında sadəcə taleyin hökmü ilə yüksək vəzifə tutan növbəti naziri deyil, həm də Azərbaycan mədəniyyətini tənəzzüldən və talanmaqdan qorumağı bacaran bir insanı görürdü. Söz yox ki, Heydər Əliyev Poladı sovet adamlarının neçə-neçə nəslinin sevdiyi bir musiqiçi kimi də qiymətləndirirdi. Amma istedadlı musiqiçi və istedadlı nazir olmaq heç də eyni şey deyil. Polad məhz Heydər Əliyevin dövründə iri dövlət xadimi oldu və eyni zamanda mədəniyyətə bağlı insanların hörmətini qoruyub saxladı”. RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu sözləri “Rossiyskaya qazeta”da dərc olunmuş “Doğmalar arasında doğma” sərlövhəli məqaləsində yazıb.
Polad Bülbüloğlunun doğum günü ərəfəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin ötən il qeyd olunan 70 illik yubileyini xatırlayan müəllif vurğulayır ki, nazir və səfir işləməsinə baxmayaraq, Moskvadakı təntənəli yubiley gecəsində onu ilk növbədə insanlara “Dünən mənə dedin ki...” mahnısını onunla birlikdə oxumaq səadətini bəxş etmiş böyük musiqiçi, sevimli bəstəkar və müğənni kimi təbrik edirdilər. M.Şvıdkoy yazır: “Onun Azərbaycan xalq poeziyasının melodizmini üzə çıxaran vokal silsilələri, kinofilmlərə yazdığı musiqi artıq çoxdan klassikaya çevrilib, “Eşq və ölüm” baleti və simfonik musiqisi teatrların repertuarında və filarmoniya səhnələrində möhkəm yer tutur. O, nadir səsinə görə Bülbül adlandırılan böyük atasına layiq oğuldur. Bir sözlə, müxtəlif ölkələrin ucsuz-bucaqsız məkanlarını atası kimi bülbül səsi ilə fəth edən Bülbülün oğlunu təbrik edirdilər”.
Müəllif xatırlayır ki, P.Bülbüloğlu 2006-cı il fevralın 8-də Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri kimi etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinə təqdim etdi və özü üçün yeni olan diplomatiya sahəsində işə başladı. Elə həmin il aprelin 13-də Kremldə onu Rusiya Prezidenti Vladimir Putin qəbul etdi və bununla da “onun səfirlik həyatına rəsmi start verildi”. M.Şvıdkoyun vurğuladığı kimi, Polad Bülbüloğlu hədsiz sadiq olduğu ölkəsinin, Azərbaycan xalqının maraqlarını qorumağı bacarır. Müəllif yazır: “O, Rusiyada, diplomatların dili ilə desək, olduğu ölkədə məhəbbət və ehtiram hissi doğurur, burada əvvəlki kimi onu küçədə tanıyırlar. O, təkcə bütün qapıların onun üçün açıq olduğu bizim ölkəmizdə doğma deyil, onu bütün postsovet məkanında sevir və tanıyırlar”.
M.Şvıdkoy xatırlayır: “2000-ci illərin lap əvvəlində Bakıda MDB ölkələrinin mədəniyyət nazirlərinin müşavirəsi keçirilirdi. Azərbaycan Prezidenti ilə görüşdə mən Poladı o ki var təriflədim. Heydər Əliyev onu mənalı-mənalı süzərək dedi: “Çox tərifləməyin, mən onu hələ “cilalayıram”. Təbii ki, mən də onun bu qeydinə qısa replika ilə cavab verməli oldum: “Onda sizdə dünyada ən cilalanmış mədəniyyət naziri olacaq”. Nə yaxşı ki, Heydər Əliyev birinci gülümsündü. O, həqiqətən Poladı “cilaladı”. Düşünürəm ki, məhz buna görə Polad Bülbüloğlu öz yeni roluna çox rahat alışdı. Onun Rusiyaya səfir təyin edilməsi Azərbaycanın indiki Prezidenti İlham Əliyev tərəfindən son dərəcə müdrik addım idi. Aydın məsələdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən İlham Əliyev diplomatik xidmətin unikallığını, bir peşə kimi müstəsnalığını gözəl bilir. Bilir ki, bu işin səmərəliliyi yerli hakimiyyət orqanları ilə əlaqələr yaratmaq və inkişaf etdirmək bacarığından asılıdır. Məhz buna görə də o, ölkəmizdə hamının özününkü kimi qəbul etdiyi Polad Bülbüloğlunu Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edib”.
RF Prezidentinin xüsusi nümayəndəsi hesab edir ki, Rusiyanın MDB ölkələrində səfiri olmaq, eləcə də MDB ölkələrinin Rusiyada səfirləri olmaq heç də asan məsələ deyil: “Hamının sanki səninlə bir dildə danışdığı, özününkü saydığın adamların yaşadığı hər bir ölkənin şəxsi maraqları, bu və ya digər proseslərə fərqli baxışları var. Bəzən kəskin münaqişələr olur. Burada dostluğun və müstəqilliyin kövrək tarazlığını qoruyub saxlamağa imkan verən ünsiyyət intonasiyası tapmaq və bu tarazlığı istənilən şəraitdə qoruyub saxlamaq lazımdır. Polad bu işin kamil ustasıdır. Yəni, öyrənmək üçün nümunəm var”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

