Gənclər postneft dövründə daha fəal rol oynamalıdırlar
06.02.2016 [10:17]
Prezident İlham Əliyev: İndiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq
Son bir neçə ildə dünyada baş verən iqtisadi kataklizmlər, eləcə də neftin qiymətinin kəskin azalması iqtisadiyyatı neftlə əlaqəli olan bir sıra ölkələrə təsir edib. Bu isə özlüyündə həm də yeni iqtisadi münasibətlər sisteminin ortaya çıxmasına zəmin yaradıb. Artıq dünyada postneft dövrünə hazırlıq başlayıb. Öz növbəsində, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni layihələr irəli sürülür, bu sahənin daha da yüksək səviyyədə inkişaf etdirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilir.
Bir sözlə, ölkəmiz artıq yeni iqtisadi mərhələyə qədəm qoyub. Və bu mərhələdə davamlı inkişafın təmin olunmasında bütün Azərbaycan vətəndaşları kimi, gəncliyin də üzərinə böyük məsuliyyət düşür. O mənada ki, istər xaricdə təhsil almış gənclər, istərsə də yüksək savada malik yerli mütəxəssislər, gənc sahibkarlar yeni inkişaf dövründə innovativ biliklərindən səmərəli istifadə etməli, dövlətimizin inkişafına öz töhfələrini verməlidirlər. Bu məqamda qeyd edək ki, Azərbaycan dövləti uzun illərdir gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərir. Gənclərlə bağlı qəbul olunmuş Dövlət proqramları, xaricdə təhsil alan gənclərin dövlətin qayğısı ilə əhatə olunması bunun sübutudur. Bütün bunların fonunda isə yaranmış situasiyada, yəni postneft dövründə gənclərin potensialından maksimum istifadə edilməlidir.
Gənclərimiz yeni dövrə tam hazırlıqlı olmalıdırlar
İnformasiya əsri hesab edilən XXI əsr tarixə yeni yüksək texnologiyaların sürətli inkişaf dövrü kimi düşüb. Azərbaycan dövləti də öz növbəsində, ölkəmizdə informasiya texnologiyalarının inkişafı, innovativ sahələrin təbliği ilə bağlı mühüm işlər görüb. Prezident İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” tezisi ölkəmizdə əməli fəaliyyətin əsas şüarına çevrilib. Azərbaycan gəncləri dövlət xətti ilə xarici ölkələrdə təhsil alır, yeni texnologiyalara, innovativ biliklərə yiyələnirlər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası, həmçinin ötən illər ərzində Azərbaycan gəncliyinin inkişafına xidmət göstərən digər Dövlət proqramlarının qəbul edilməsi gənclərin yeni dövrün tələblərinə uyğun şəkildə savad almasında müstəsna rol oynayıb. Eləcə də 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub.
Bu mənada gənclərimiz yeni dövrə tam hazırlıqlı olmalı və innovativ sahələrin investisiya üçün cəlbediciliyini təmin etməlidirlər. Çünki hazırda heç bir sərvəti olmayan ölkələrin mühüm əksəriyyəti məhz innovativ sahələrin inkişafından bəhrələnir, yeni texnologiyaların tətbiqindən əldə etdiyi gəlirlər hesabına inkişaf edir. Yanvarın 29-da Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bu məqama toxunan Prezident İlham Əliyev vurğulayıb ki, indiki dövr daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq: “İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq. Onlar nəyin hesabına inkişaf edirlər? İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur. Onların böyük şirkətləri var. Onlar gedib xarici ölkələrdə neft-qaz hasil edirlər və öz büdcələrinə vergi ödəyirlər. Onlar nəyin hesabına inkişaf edirlər? Ancaq texnologiya, bilik və savad hesabına”.
Dövlət başçısı, həmçinin yeni dövrdə qarşıda duran vəzifələrin nədən ibarət olduğunu da bildirib: “İndiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək”.
Gənclər bütün proseslərin önündə getməlidirlər
Qeyd edildiyi kimi, artıq neftdən asılılıq dövrü arxada qalıb. Bu gün Azərbaycanda yeni islahatlar dövrü başlayıb və bu da özlüyündə yeni iqtisadi mərhələnin başlanğıcı sayılır. Qeyri-neft sektorunun iqtisadiyyatdakı payının daha da artırılması, sahibkarlığın inkişaf etdirilməsi, yeni sənaye komplekslərinin yaradılması, eləcə də xarici və yerli investisiyanın qeyri-neft sektoruna yönləndirilməsi, innovativ sahələrin inkişafı dövlətimizin iqtisadi siyasətinin əsas qayəsinə çevrilib.
Təbii ki, bu mərhələdə gənclərin daha yüksək fəallıq nümayiş etdirməsinə ehtiyac duyulur. Yəni cəmiyyətin lokomotivi sayılan gənclik Azərbaycanda yeni yaranan iqtisadi situasiyanın uğurlu inkişafının aparıcı qüvvəsinə çevrilməlidir. Qlobal dünyanın iqtisadi münasibətlər sistemini çevik və operativ şəkildə təhlil etməyi bacaran gənc nəsil bir daha öz gücünü səfərbər etməli, Azərbaycanın gələcək inkişafında müstəsna rol oynamalıdır. Gənclərlə görüşündə bu məsələyə toxunan dövlət başçısı qeyd edib ki, gənclərdən fəallıq gözləyir: “Neftdən asılılıq tamamilə aradan götürülməlidir. Biz iqtisadi islahatlar, sahibkarlığın inkişafı, şəffaflığın hesabına buna nail oluruq və olacağıq. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi, əlbəttə ki, bütün bu işlərdə fəal rol oynamalıdırlar. Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm”.
Dövlət başçısı bildirib ki, cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var: “Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır”.
Bir çox məsələlərdə Azərbaycan başqa ölkələr üçün nümunədir
Heç şübhəsiz, bütün sahələrdə inkişafa nail olan Azərbaycan, eyni zamanda, sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Təbii ki, bütün bunların stimulverici amili kimi, ilk növbədə, Azərbaycan dövlətinin qayğısı və dəstəyi mühüm önəm kəsb edir. Müxtəlif millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin - dəyərlərin əlaqələndiricisi - körpüsüdür. Digər tərəfdən, ölkə daxilində mühüm təsir və tənzimetmə mexanizminə malik olan avanqard ictimai-siyasi institutlar da öz fəaliyyətləri və proseslərdə iştirakçılıq səviyyələri ilə sivilizasiyalararası dialoqun inkişafında əhəmiyyətli rol oynayırlar.
Məhz bu sadalananların fonunda qeyd edək ki, bu il ölkəmiz növbəti dəfə sivilizasiyalararası dialoqda körpü rolunu oynayacaq və Azərbaycanda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Prezident İlham Əliyev gənclərlə görüşündə bu məsələyə də toxunaraq Sivilizasiyalar Alyansının Qlobal Forumunu mötəbər tədbir adlandırıb: “Bu il Azərbaycanda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Çox mötəbər, dünya miqyaslı beynəlxalq tədbirdir. BMT-nin himayəsi altında keçirilən tədbirdir. Nəyə görə? Ona görə ki, biz burada artıq bir neçə ildir buna oxşar tədbirləri keçirmişik. Ona görə ki, bu sahədə Azərbaycan, doğrudan da, dünya üçün nümunədir və bu, reallıqdır”.
Azərbaycan dövləti müsəlman aləminin ayrılmaz hissəsi olmaqla yanaşı, dünyəvi dəyərlərə bağlılıq nümayiş etdirir
Bu da bir həqiqətdir ki, zəngin mədəniyyətə və tarixə malik Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə hər zaman hörmətlə yanaşıb. Müsəlman aləminin ayrılmaz hissəsi kimi İslam Əməkdaşlıq Təşkilatında yüksək səviyyəli fəaliyyət nümayiş etdirən dövlətimiz həm də Avropa və Qərb dəyərlərini də mənimsəyib. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin edilir, vətəndaşlara azad seçki hüququ verilib. Azərbaycan Konstitusiyası dünyanın nadir əsas qanunlarındandır ki, mühüm hissəsi məhz insan hüquq və azadlıqlarının qorunmasına həsr edilib. Digər tərəfdən, Azərbaycan dünyanın ən yüksək səviyyəli mədəni, elmi və idman tədbirlərinə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərini qoruyaraq dünyəvi inkişaf yolunu özü üçün prioritet sayıb.
Elə gənclərlə görüşündə Prezident İlham Əliyev də xalqımızın dərin milli köklər üzərində müasirlik prinsiplərinə sadiqliyini qeyd edib. Dövlət başçısı bildirib ki, bizim gələcək ideoloji inkişaf modelimiz bu əsas üzərində qurulub inkişaf etməlidir: “Bizim zəngin mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, musiqimiz var. Biz müsəlman aləminin ayrılmaz hissəsiyik, eyni zamanda, müsəlman ölkələri arasında, bəlkə də, Avropaya ən yaxın olan ölkəyik. Bu iki amil bir-birini inkar etmir. Biz dünyəvi dövlətik, cəmiyyətin statusu da dünyəvidir. Əhalimizin mütləq əksəriyyəti dərin milli köklər üzərində müasirlik prinsiplərinə sadiqdir. Mən hesab edirəm ki, bizim gələcək inkişaf modelimiz, yəni ideoloji inkişaf modelimiz bax bu əsas üzərində qurulub və inkişaf etməlidir. Biz milli köklərə bağlılıq, dünyaya açıq olmağımız, Avropa və digər qitələrlə sıx əməkdaşlıq formatında inkişaf edəcəyik”.
Multikulturalizm Azərbaycan xalqının yaşam tərzidir
Yuxarıda da vurğulandığı kimi, Azərbaycan əsrlər boyunca müxtəlif xalqların, fərqli dini görüşə sahib insanların mehriban qardaşlıq münasibətləri içərisində birgə yaşadığı bir məkandır. Azərbaycan əhalisi heç bir zaman nə dini, nə də etnik fərqinə görə heç bir xalqa, etnik qrupa ayrı-seçkiliyə əsaslanan fərqli münasibət bəsləməyib. Sevindirici haldır ki, əsrlərdən gələn bu ənənə müasir dövrümüzdə də qorunub saxlanılıb. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri, o cümlədən pravoslav və katolik xristianlar, yəhudilər, buddistlər və başqaları özlərini tam rahat hiss edirlər. Buna səbəb, bir tərəfdən, Azərbaycan xalqının kökündən, tarixi keçmişindən gələn dözümlülük, humanizmdirsə, digər amil Azərbaycan hökumətinin dini və etnik məsələlərə münasibətdə nümayiş etdirdiyi ədalətli və demokratik mövqedir.
Beləliklə, tam əminliklə söyləmək olar ki, dini tolerantlığın Azərbaycan modeli bu gün dünya üçün nümunə sayılır. Təsadüfi deyil ki, 2016-cı il ölkə Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilib. Əminliklə söyləmək olar ki, multikultural yaşamı özünün həyat tərzinə çevirmiş Azərbaycan xalqı bu il də dünyada tolerantlığın daha da yüksəldilməsinə öz töhfəsini verəcək.
Gənclərlə görüşündə bu məsələyə də toxunan dövlət başçısı vurğulayıb ki, biz dünyəvi, tolerant ölkəyik, tolerant xalqıq: “Biz istəyirik ki, bütün millətlər bir yerdə olsunlar. Biz ona görə bu forumları keçiririk. Bu il “Multikulturalizm ili” elan olunmuşdur ki, sivilizasiyaları, dinləri birləşdirək. Yenə də demək istəyirəm ki, Azərbaycan nümunədir. Amma demək olar ki, biz bu dünyada təkik. Ona görə inteqrasiya məsələsi müzakirə olunanda biz bu reallığı daim nəzərə almalıyıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40

