Leyla Əliyeva: Hər şey ideyadan başlayır...
12.02.2016 [10:06]
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “AMOR” jurnalının yeni nömrəsi çapdan çıxıb. Jurnalın baş redaktoru RAGB-nin rəhbəri Leyla Əliyevadır.
Yeni nömrə ideyaya həsr olunub, ideya isə məlum olduğu kimi, gerçəkliyin əbədi nümunəsidir. Elə baş redaktor Leyla Əliyevanın giriş sözləri də “Hər şey ideyadan başlayır...” sərlövhəsi ilə verilib. Leyla Əliyeva hesab edir ki, “heç bir cəsarətli layihə onun əsasını təşkil edən, gerçəkləşməsinin təməli olan parlaq fikirsiz baş tuta bilməz”. Onun fikrincə, ideya çoxdankı arzudan da doğa bilər, tamamilə təsadüfən də ağla gələ bilər, yaxud uzun sürən tədqiqatların nəticəsi, birgə işin bəhrəsi ola bilər. Leyla Əliyeva yazır: “Amma əgər ideya yaranıbsa, hətta ilk baxışda nə qədər ağlasığmaz görünsə belə, onu əldən verməmək, ona möhtəşəm, bəlkə də bizi dəyişdirəcək, hətta bütün dünyaya təsir göstərəcək nəyəsə çevrilmək şansı vermək lazımdır”.
Müəllif hesab edir ki, “ola bilsin, Azərbaycanda qlobal tədbirlər - “Eurovision”, Olimpiya səviyyəli idman yarışları, irimiqyaslı beynəlxalq forumlar keçirmək fikri də əvvəlcə çətinliklə həyata keçirilə biləcək tədbirlər kimi görünürdü. Amma hamımız birlikdə bunun öhdəsindən mükəmməl gəldik, gələcək üçün də yüksək plankalar müəyyən etdik”.
Leyla Əliyeva qeyd edir ki, “AMOR” jurnalının yeni nömrəsinin səhifələrinin çoxu ölkələri dəyişdirən, müəlliflərinə öz adlarını tarixə yazmağa kömək edən, hətta dəfedilməz maneələr ortaya çıxanda belə, yolunu axıradək davam etdirməyə ruhlandıran ideyalara həsr olunub. Hər belə hekayətin arxasında insanlar dayanır. Baş redaktor fikrini belə tamamlayır: “Bizim kimi insanlar. Əgər onlar buna müvəffəq olublarsa, onda nə üçün risk etməyək? Bu cəhd ən pis halda təcrübənizi zənginləşdirəcək. Ən yaxşı halda isə sizin nailiyyətləriniz başqalarına kömək edəcək, elmi irəli aparacaq, kimisə uğurlu ideyalara ruhlandıracaq”.
“Persona qrata” bölməsinin qəhrəmanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Azərbaycanın birinci xanımının həyatı, onun Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifələrində fəaliyyətini öyrənmək oxucular üçün maraqlı olacaq. Məqalədə Mehriban Əliyevanın gənclərin təhsil və tərbiyəsinə böyük diqqət göstərməsi xüsusi vurğulanır. “Odlar Yurdunun birinci xanımı” sərlövhəli məqalədə deyilir: “Başqalarına yardım etməyə daim hazır olmaq Mehriban xanımın əsas həyat prinsiplərindən biridir. Yalnız başqalarına ürəyi yanan, onların dərdinə şərik olmağı, sözdə deyil, işdə kömək etməyi bacaran incə qəlbli insan öz ad gününü uşaq evlərinin və internat məktəblərinin yetirmələri ilə birlikdə bayram edə, yanğın zamanı zərər çəkmiş körpəyə baş çəkə, talassemiyadan əziyyət çəkən pakistanlı uşaqlar üçün iftar süfrəsi təşkil edə bilər”.
Jurnalın təzə nömrəsində oxucuları, həmçinin RAGB-nin Lipetsk və Həştərxan bölmələrinin fəalları, “IDEA” kampaniyasının 5 illiyinə həsr olunmuş məqalə, “Murad Dadaşovun həyat qaydaları”, keçmiş bakılı, hazırda amerikalı “Çarli Çaplin” Üzeyir Novruzov, Azərbaycanın 12 möcüzəsi və gənclər üçün aktual mövzuların toxunulduğu bir çox digər materiallarla görüş gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50

