Azərbaycan multikulturalizminin nümunəsi Qəbələnin etnosiyasi mənzərəsində aydın görünür
05.03.2016 [11:35]
Qəbələ rayonunda keçirilən konfransda xalqımızın zəngin multikultural ənənələrindən, bununla bağlı dövlət siyasətinin uğurlu nəticələrindən bəhs olunub
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Azərbaycan” qəzetinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 4-də Qəbələ Mədəniyyət Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar Qəbələdən bəhs edən kitabların sərgisinə, məktəblilərin əl işlərinə baxıblar.
Konfransda çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbirin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Azərbaycan təkcə əhalisinin etnik zənginliyi ilə deyil, həm də bütün xalqlara hörmətlə yanaşılması və onların sülh şəraitində, dinc yanaşı yaşaması ilə demokratiyanın beşiyi olan Qərb ölkələrinə nümunə göstərir. Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığı dövlət səviyyəsində qorunur və təmin edilir. Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, həmçinin ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə yaşayan milli azlıqların, dini icmaların nümayəndələri ilə mütəmadi görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir. Prezidentin Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin təsis edilməsi də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin göstəricisidir. Eyni zamanda, multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Çıxışlarda Azərbaycanın dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul olunmasında, xalqımıza məxsus multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Fondun bununla bağlı gördüyü işlər Azərbaycanın hüdudlarını aşır, Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir. Heydər Əliyev Fondu müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış mükəmməl ənənəyə töhfələrini verməkdədir.
Çıxış edənlər Qəbələdə bütün azsaylı xalqların yüksək qayğı ilə əhatə olunduğunu diqqətə çatdıraraq bildiriblər ki, onların nümayəndələri rəhbər vəzifələrdə, yerli özünüidarəetmə orqanlarında təmsil olunur, rayonun ictimai həyatında fəallıqları ilə seçilirlər. Qəbələnin etnosiyasi mənzərəsində və buradakı xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasında Azərbaycan multikulturalizminin nümunəsi aydın görünür. Rayonda azərbaycanlı əhali udinlər, ləzgilər, ruslar və digər etnoslarla dinc yanaşı, dostluq şəraitində yaşayır. Burada başqa millətlərə və dinlərə dözümlü münasibət, hörmət var. Qəbələ ta qədimdən bugünədək çoxmillətli və fərqli mədəniyyətlərin qovuşduğu, xalqların birgə yaşadıqları, müxtəlif mənəvi dəyərləri bölüşdükləri məkan olub.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov “Prezident İlham Əliyevin multikulturalizm siyasətinin istiqamətləri” mövzusunda çıxış edib. Bildirib ki, bəzi dünya siyasətçiləri multikulturalizmin iflası barədə danışırlar. Amma tolerantlığın Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.
Qeyd edilib ki, multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu sahədə BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumlar keçirilir. Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı Heydər Əliyev Fondunun mühüm layihələri dünyada rəğbətlə qarşılanır və təqdir olunur.
Konfransda Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov “Heydər Əliyev irsi Azərbaycanda yaşayan bütün etnosların birləşdirici, səfərbəredici istinad mərkəzidir” mövzusunda məruzə edib. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların, müxtəlif dinlərə məxsus insanların bərabər hüquq və azadlıqları kontekstində görürdü. Bu siyasət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Sonra Alban-Udin xristian dini icmasının sədri Robert Mobili, Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Emil Zəki, “Qafqaz Riverside” otelinin icraçı meneceri Atilla Çetinbaş, Qəmərvan kənd məktəbinin müəllimi Rəna Hacıyeva mövzu ətrafında çıxış ediblər.
AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağisoğlu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında məlumat verib.
Tədbirdə Qəbələnin zəngin etnik tərkibindən də söz açılıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udinlər, 0,1 faizini türklər və 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udinlər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 islam, bir xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udinlərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udinlərin tarixi qorunub saxlanılır və araşdırılır. Onların dil, din, özünə məxsus mədəniyyət, adət-ənənələri inkişaf etdirilir, udin xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur.
Tədbirin sonunda Qəbələnin etnik folklor qruplarının ifasında konsert proqramı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

