İsrailin “Maariv” qəzeti: Dünya Cənubi Qafqaz regionundan xəbərləri diqqətlə izləyir
07.04.2016 [10:07]
Azərbaycanda qoşunların təmas xəttində üç gün davam edən hərbi əməliyyatlardan sonra həmin döyüş əməliyyatlarının müharibəyə çevrilə biləcəyi qorxusu artıb. Bu barədə İsrailin nüfuzlu “Maariv” qəzeti yazır.
Məqalə müəllifi Neta Bar qeyd edir ki, Azərbaycan Müdafiə Nazirliyi aprelin 4-də bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, erməni separatçıları Azərbaycanın mülki obyektlərini atəşə tutmağa davam etsələr, Azərbaycan Silahlı Qüvvələri Xankəndiyə zərbələr endirəcək.
Neta Bar yazır: “Dünən Azərbaycanın atəşi birtərəfli qaydada dayandırdığını elan etməsinə baxmayaraq, sərhədyanı rayonlarda atışma davam edib. Azərbaycan KİV-ləri xəbər verirlər ki, Ermənistanın atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri 170 erməni separatçısını məhv etməyə və yaralamağa, habelə Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrinin komanda-qərargah məntəqəsini sıradan çıxarmağa müvəffəq olub”.
Dünyanın Cənubi Qafqaz regionundan xəbərləri diqqətlə izlədiyini vurğulayan Neta Bar yazır: “Rusiya KİV-ləri xəbər verirlər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan hərbi qüvvələri arasında döyüş əməliyyatlarının yenidən başlanması ilə əlaqədar “ciddi narahat olduqlarını” bildiriblər. Onlar tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə müvəffəq olmağa çağırıblar”.
Dağlıq Qarabağda münaqişə ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində başlayıb. Neta Bar fikrini belə yekunlaşdırıb: “Müharibə 1994-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsi ilə başa çatdı. Nəticədə yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin düşdü, doğma torpaqda qaçqına və məcburi köçkünə çevrildi, qondarma separatçı qurum yaradıldı. BMT bu separatçı qurumu tanımaqdan imtina edir və münaqişəni nizama salmaq cəhdləri uzun illərdir konkret nəticə olmadan davam edir”.
Hazırda Azərbaycanın paytaxtı Bakıda olan beynəlxalq münasibətlər sahəsində mütəxəssis Arye Qut bu hadisələri şərh edərək bildirir ki, Azərbaycanla sülh prosesini məhv etmək arzusunu bir daha göstərən Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə çoxsaylı hərbi güc və müxtəlif texnika cəlb edərək provokasiyalar törədir.
Arye Qut deyib: “Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən başlayaraq Azərbaycan kəndlərini və yaşayış məntəqələrini toplardan və pulemyotlardan atəşə tutub, Azərbaycanın döyüş mövqelərinə davamlı zərbələr endiriblər. Rəsmi Bakı dəfələrlə bildirib və Ermənistana xəbərdarlıq edib ki, mövcud status-kvo ilə heç vaxt barışmayacaq. Azərbaycan Ordusu vətəndaşlarının təhlükəsizliyi və mövqelərinin müdafiəsi məqsədi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirib və onları geri çəkilməyə məcbur edib. Beynəlxalq təşkilatların işğal edilmiş əraziləri tərk etmək barədə aydın və sərt çağırışlarına baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşi davam etdirir və hər hansı atəşkəs cəhdini pozur. Son hadisələr və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində provokasiyaları və bu provokasiyaların sarsıdıcı cavab alması bir daha sübut etdi ki, rəsmi Yerevan başa düşməlidir: Azərbaycanın səbir kasası dolmuşdusa, indi artıq daşıb”.
Məqalədə də qeyd olnur ki, Azərbaycan ərazilərinin 20 faizindən çoxu hazırda Ermənistanın işğalı altındadır. BMT Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Azərbaycan hökuməti uzun müddətdir ki, bu məsələni sülh yolu ilə həll etməyə çalışır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
17 İyul 11:42
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:22
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34

