/ / Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri: Üçtərəfli görüşdə səmərəli müzakirələr aparıldı
Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri: Üçtərəfli görüşdə səmərəli müzakirələr aparıldı
08.04.2016 [09:50]
Aprelin 7-də üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, bu formatda keçirilən görüşlər ölkələrimiz arasında daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. O, görüşdə “Şimal-Cənub” layihəsinin inkişafı məsələsinin müzakirə edildiyini söyləyib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyinin qeyd olunduğunu diqqətə çatdırıb. Aprelin 20-də İran və Azərbaycan tərəfləri arasında görüşün keçiriləcəyini bildirən nazir deyib: “Bu görüşdə 8 kilometrlik Astara-Astara dəmir yolu körpüsünün tikintisi ilə bağlı məsələlər müzakirə ediləcək. Planlaşdırırıq ki, bu işlər ilin sonuna qədər başa çatacaq. Müzakirə olunacaq digər məsələ Rəşt-Astara dəmir yolu xəttinin tikintisi olacaq. Rusiya da bu layihədə maraqlıdır”.
Qeyd edilib ki, görüşdə nəqliyyat dəhlizinin yaradılması ilə bağlı bir sıra mühüm məsələlərə də toxunulub. Həmçinin terrorizm, narkotik qaçaqmalçılığı kimi hallarla mübarizə üçün müvafiq qurumların üçtərəfli əsasda əlaqələrinin, mədəniyyət, turizm, sosial sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, gömrük və Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər ətrafında da məsləhətləşmələr aparılıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif görüşün səmərəli keçdiyini qeyd edib. O deyib: “Görüşdə əməkdaşlıq üzrə sahələri müəyyən etdik. İran-Azərbaycan-Rusiya nəqliyyat dəhlizi ilə bağlı layihə gündəlikdə olan ən əsas məsələdir. Paralel olaraq, biz terrorizmlə, ekstremizmlə mübarizə ilə bağlı məsələlərlə əlaqədar da əlaqəli işləyəcəyik. Eləcə də mədəniyyət, turizm kimi sahələrdə də əməkdaşlığımızı genişləndirməliyik. Biz inanırıq ki, bu cür üçtərəfli formatda əməkdaşlıq Azərbaycan, Rusiya və İran xalqlarının maraqlarına xidmət edəcək. Bu, bütövlükdə regionun maraqlarına uyğundur, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması üçün vacibdir”.
Görüşün kifayət qədər faydalı olduğunu söyləyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, uzunmüddətli səmərəli əməkdaşlıq üçün bir sıra istiqamətlər müəyyən olundu. İqtisadiyyat, energetika, nəqliyyat, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq kimi məsələlər müzakirə edildi. Nazir deyib: “Beynəlxalq terrorizm, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq bizim ortaq məqsədimizdir. Düşünürəm ki, bütün bu sahələrdə işin üçtərəfli formatda qurulması daha böyük üstünlüklər verəcək. Biz, həmçinin əməkdaşlığımızın maliyyə tərəfini də müzakirə etdik. Qərara aldıq ki, “Şimal-Cənub” layihəsi ilə bağlı müvafiq qurumlarımız fəaliyyətə başlamalıdır. Nəqliyyat nazirliklərimiz bu layihənin texniki və maliyyə məsələlərini müzakirə edəcəklər”.
Rusiyalı nazir qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli formatda müxtəlif sahələrdə mövcud olan əlaqələrin üçtərəfli formatda genişləndirilməsi xalqlarımızın maraqlarına tam uyğundur.
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə toxunan Sergey Lavrov deyib ki, cəbhədə qarşılıqlı etimadın təmin edilməsi çox vacibdir. Ancaq bu, o demək deyil ki, biz münaqişənin siyasi həlli yollarını axtarmamalıyıq. Rusiya əlindən gələni edəcək ki, məsələ ilə bağlı son illər apardığı işi davam etdirsin.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

