A.Karavayev: Azərbaycan Prezidentinin hesablaması bu dəfə də düz çıxdı
12.04.2016 [09:47]
Bakının siyasi müstəvidə əldə etdiyi üstünlüklər göz qabağındadır. Bu, necə deyərlər, adi gözlə görünür.
Rusiyalı məşhur politoloq, Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin direktor müavini Aleksandr Karavayev bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun fikrincə, Moskva əslində Bakını dəstəkləyib: Azərbaycan Ordusunun hücumu nəticəsində qazandığı aşkar uğurdan sonra Moskva bir sutkadan artıq müddətdə bu münaqişəyə müdaxilə etməyib. Aydındır ki, əgər Moskva atəşə son qoyulmasını tələb etsəydi, bu tələb Bakının fəaliyyətini məhdudlaşdıra bilərdi. Politoloq vurğulayıb: “Moskva əlini hadisələrin nəbzi üzərində saxlayırdı, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin öz mövqelərini möhkəmlətməsinə və hərəkət etməsinə imkan verildi. Bu, çox mühüm məqamdır, çünki bu böhranda Moskvanın necə hərəkət edəcəyinə yüz faiz əminlik yox idi. Məlum oldu ki, Bakının hesablaması düzgün imiş”.
Ekspertin sözlərinə görə, Moskvanın rəsmi mövqeyi neytrallıqdır. Lakin əslində bu neytrallıq Azərbaycanın yol verilə bilən fəallığının xeyrinədir.
A.Karavayev deyib: “İkinci məqam: Kreml nəhayət ki, münaqişəyə müdaxilə edəndə Prezident Vladimir Putin ünvanlı tənqidi fikir söyləmədi. Hərçənd, Yerevanda gözləyirdilər ki, V.Putin Bakını qınayacaq. Bəli, çoxları deyirdilər ki, Azərbaycanın öz ərazisində fəaliyyətini nəzərə alsaq Rusiya Prezidenti V.Putin bu cür tənqidi çıxış etməyəcək. Lakin son aylarda baş vermiş beynəlxalq böhranlara Prezident V.Putinin bütün reaksiyalarını nəzərə alsaq, buna yenə də yüz faiz təminat yox idi. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin hesablaması burada da düz çıxdı”.
A.Karavayevin fikrincə, “rusiyalı ekspertlər uzun illər boyu Dağlıq Qarabağ münaqişəsində və ümumiyyətlə, Moskva-Yerevan, Moskva-Bakı münasibətləri vektorları üzrə tarazlığın zəruri olmasını deyirdilər. Bir sıra hallarda bu məsələ hələ də davam edir (Dmitri Medvedevin paralel olaraq Yerevana və Bakıya səfər etməsi bunu bir daha vurğulayır). Əgər tarazlığın əvvəlki qaydaları (status-kvonun saxlanması) Kreml üçün çox dəyərli olsaydı və ya Rusiyanın maraqlarının dəstəklənməsi üçün müstəsna əhəmiyyət kəsb etsəydi, Moskva təzyiq göstərməyə birmənalı şəkildə imkan tapardı: müəyyən təcili sanksiyalar, ticarət məhdudiyyətləri və ya başqa tipli “çevik” təzyiq tədbirləri. İqtisadiyyat sahəsində mənfəət və digər praqmatik maraqlar, həmçinin “Şimal-cənub” xətti boyunca regional əməkdaşlıqla bağlı layihələr bir kənara atıla bilərdi - Türkiyə ilə iqtisadi sahədə əməkdaşlığa aid bir neçə milyardlıq əqdlərin və perspektivli əməkdaşlıq xətlərinin kənara atıldığı kimi. Moskva bunu etmədi və etməyə hazırlaşmırdı. Buna görə də aşkardır ki, Kreml Bakının xeyrinə dəyişməyə hazırdır və hərbi kontraktların davam etməsi yalnız bir ştrixdir. Səciyyəvi haldır ki, RF baş nazirinin müdafiə və kosmos məsələləri üzrə müavini Dmitri Roqozin bu barədə fikrini açıq söyləyib, hərçənd köhnə sazişlər üzrə malgöndərmələrin qrafikləri və hərbi-texniki əməkdaşlıq sahəsində yeni əqdlər nadir hallarda açıqlanır. Bu, əlbəttə ki, Yerevan üçün xoşagələn yenilik deyil”.
A.Karavayevin fikrincə, indi münaqişə zonasında qüvvələrin yerləşməsi mənzərəsi xeyli ləng də olsa, tədricən dəyişir. Ən başlıcası, bu proses sadəcə faktiki hadisələr əsasında, mücərrəd şəkildə qəbul edilmir, buna məhz Moskva tərəfindən icazə verilir.
A.Karavayev bu yaxınlarda baş vermiş iri toqquşma nəticəsində Azərbaycanın özünə qaytardığı sahələrin əhəmiyyətindən danışaraq deyib: “Azərbaycan Ordusunun mövqelərinin nə dərəcədə irəliləməsi və təmas xəttinin necə dəyişməsi barədə indi mühakimə yürütmək çətindir. Bu barədə hərbi müşahidəçilər ətraflı fikir söyləyəcəklər. Ola bilsin ki, dəyişmiş təmas xətti Azərbaycanın və Ermənistanın hərbi idarələri arasında yeni sazişlə təsbit olunacaq. Digər tərəfdən, belə bir sənədin olmaması Bakının əl-qolunu bağlamaqdan daha çox, Yerevanı əsəbiləşdirəcək”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

