Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

13.04.2016 [10:01]

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin sədri qonağın muxtar respublikaya ötən səfərini xatırlayıb və onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında əlaqələrin inkişafında səfirin fəaliyyətini qeyd edən Ali Məclisin sədri əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Rumıniya səfiri ölkələrimiz arasındakı münasibətlərdən danışıb, Naxçıvanın sosial-iqtisadi inkişafının, təhsil, səhiyyə və digər sahələrdə yaradılan müasir infrastrukturun əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31