Milli Məclisdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələri müzakirə edilib
13.04.2016 [10:02]
Aprelin 12-də Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Datuk Seri Ronald Kiandeenin başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə keçirilən görüşlərdə ölkələrimizin qanunverici orqanlarının əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə Malayziya nümayəndə heyətinin bu səfərinin ölkələr və parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verəcəyi bildirilib. Milli Məclisin sədri Malayziya parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, bu qrup əlaqələrin inkişafında böyük rol oynayacaq. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığın genişlənməsində mühüm rola malik olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycanın Malayziya ilə siyasi sahədə əlaqələri yüksək səviyyədədir. Bu günədək ölkələrimiz arasında yeddi sənəd imzalanıb, 18 sənəd isə imzalanma ərəfəsindədir. Bununla belə, iqtisadi sahədə müəyyən inkişaf tempi olsa da, ticarət dövriyyəmiz hər iki ölkənin potensialını tam əks etdirmir. Beynəlxalq təşkilatlarda da hər iki ölkənin həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı mövcuddur.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıqdan söz açan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu sahədə geniş təcrübəyə malik olan Malayziya ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Azərbaycanın neft-qaz ölkəsi olduğunu deyən Oqtay Əsədov beynəlxalq layihələr sayılan TAP və TANAP barədə qonaqları məlumatlandırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Milli Məclisin sədri Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən artıq ştatı bu soyqırımını tanımaqla bağlı sənədlər qəbul edib. Azərbaycan tərəfi istərdi ki, bu məsələyə Malayziya parlamenti də münasibət bildirsin.
Datuk Seri Ronald Kiandee ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan strateji cəhətdən əlverişli mövqedə yerləşir. Ölkə, xüsusən də paytaxt Bakı çox inkişaf edib. Burada insanlar çox qonaqpərvərdirlər.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.
* * *
Nümayəndə heyəti Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşüb.
Qrupun rəhbəri Mahir Aslanov bu səfərin ikitərəfli əlaqələrin inkişafındakı əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Malayziya arasında əməkdaşlıq bütün sahələri əhatə edir. Malayziyanın ölkəmiz üçün mühüm tərəfdaş və dost olduğunu deyən M.Aslanov bütün bunların əlaqələrin dərinləşməsində mühüm rol oynadığını qeyd edib.
Dostluq qrupunun rəhbəri Malayziyanın yüksək texnologiyalar sahəsində dünyada aparıcı ölkə olduğunu söyləyib, bu sahədə ölkəmizin Malayziya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O, nümayəndə heyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlandırıb. Bildirib ki, bir çox beynəlxalq təşkilatların bu münaqişənin həlli istiqamətində qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən problem hələ də öz həllini tapmayıb.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət haqqında danışan dostluq qrupunun rəhbəri bildirib ki, Azərbaycanın mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən ağır silahlardan atəşə məruz qalıb. Bunun qarşılığında isə Azərbaycan ordusu düşmənə layiqli cavab verib. Hazırda atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan ordusu təxribatları davam etdirir.
Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Datuk Seri Ronald Kiandee bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O, Malayziyanin özəl şirkətlərinin Azərbaycana investisiya yatırmalarının önəmini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlı olduğunu deyən qonaq Malayziyanın bu problemlə bağlı daim Azərbaycanı dəstəklədiyini vurğulayıb. O, ölkəsinin bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

