Azərbaycan əzəli torpaqlarını işğaldan azad etməyə hazırdır
14.04.2016 [10:13]
Qafqaz Müsəlmanları İdarəsində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
QMİ-nin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağlığı verərək deyib: “Son günlərin hadisələri göstərdi ki, Azərbaycan əzəli torpaqlarını işğaldan azad etməyə hazırdır. Dünya birliyi Azərbaycanı dəstəkləyir. Biz inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanındır”.
O xatırladıb ki, xalq ötən əsrin 90-cı illərinin əvvəllərində də Vətən uğrunda fədakarcasına döyüşüb, amma səriştəsiz rəhbərlik o vaxt ölkəni fəlakət girdabına yuvarladıb. Ulu öndər Heydər Əliyevin respublikada rəhbərliyə qayıdışından sonra intensiv ordu quruculuğuna başlanılıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətin yürütdüyü siyasət nəticəsində hazırda cəbhədə müvəffəqiyyət qazanılıb və irəliləyiş olub.
Şeyxülislam deyib: “Biz şəhidlərimizi heç vaxt unutmamalıyıq. İnanıram ki, qələbə bizimlə olacaq və biz onu qazanacağıq”.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, dini konfessiyaların başçıları çıxış ediblər. Şəhidlərin qohumları bildiriblər ki, döyüşçülər arasında vətənpərvərlik, görünməmiş ruh yüksəkliyi və fədakarlıq əzmi hökm sürür. Bildirilib ki, hazırda dövlətlə din arasında yeni qarşılıqlı münasibətlər formalaşıb. Bu münasibətlər hələ indiki qədər harmonik və sinxron olmayıb. Bu işdə Prezident İlham Əliyevin böyük xidmətləri var.
Aprelin 2-nə keçən gecə Azərbaycanın bütün sərhədyanı mövqeləri iriçaplı silahdan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutulub. Atəş nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var.
Aprelin 5-də saat 12.00-dan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar hər iki tərəfin razılığına əsasən dayandırılıb. Atəşkəs haqqında razılaşmaya baxmayaraq, Ermənistan tərəfi qoşunların təmas xətti boyu daim onu pozur.
Azərbaycanın dini konfessiyalarının rəhbərləri bu yaxınlarda təmas xəttində Ermənistanın son provokasiyaları ilə bağlı narahatlığını bildiriblər. Onlar bununla bağlı dünya ictimaiyyətinə müraciət qəbul ediblər.
Müraciətdə deyilir: “Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatlara əl atması Ermənistanın işğalçı niyyətlərini bir daha sübut etdi”.
Dini liderlər vurğulayıblar ki, münaqişəni sülh yolu ilə həll etməyə üstünlük verən və günahsız qurbanların sayının artmasını istəməyən Azərbaycan tərəfi atəşi birtərəfli qaydada dayandırdığını elan edib.
Sənəddə deyilir: “Münaqişənin sülh yolu ilə həllinə üstünlük verən, günahsız qurbanların sayının artmasını istəməyən Azərbaycan tərəfi əvvəlcə birtərəfli qaydada atəşkəs elan etdi. Hazırda ümumi atəşkəs haqda razılaşma əldə olunsa da, qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır. Dünya, o cümlədən ermənilərin özləri Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır, “Dağlıq Qarabağ respublikası” adlandırılan qondarma qurum heç kəs tərəfindən qəbul edilmir, nəticə etibarilə, işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır. Separatçı, terrorçu rejimin müdafiəsini məhz Ermənistan həyata keçirir.
Dini konfessiyaların başçıları vurğulayıblar ki, Azərbaycan xalqı münaqişənin dondurulmuş vəziyyətdə qalmasını istəmir və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli sülhün bərqərar olmasını istəyir”.
Müraciətdə bildirilir ki, dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin düzgün vurğuladığı kimi, erməni əsgərləri ölmək istəmirlərsə, bizim torpaqlarımızı tərk etməlidirlər. Azərbaycan xalqının səbir kasası dolmuşdur, onilliklərlə davam edən işğal faktına son qoymaq üçün vətənpərvər, yüksək peşəkar nizami Azərbaycan ordusu hər an Ali Baş Komandanın əmrinə müntəzirdir: “Azərbaycanın dövlət başçısının sülhpərvər siyasətini dəstəkləyən Azərbaycan xalqı münaqişənin dondurulmuş halda qalmasını istəmir, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli sülhün bərqərar olmasını istəyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycan xalqının suveren hüququdur. Beynəlxalq hüquq bunu təmin edə bilməzsə, Azərbaycan xalqı Ali Baş Komandanının rəhbərliyi ilə ədaləti bərpa etməyə qadirdir. Erməni xalqı və dövləti bu həqiqəti nə qədər tez qəbul edərsə, özlərini mübtəla etdikləri bəladan müsibətdən daha tez xilas ola bilər.
Biz, Azərbaycanın din xadimləri dindarlarımızın iradəsini ifadə edərək üzümüzü dünya ictimaiyyətinə tutur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ədalətli həllində, BMT-nin qəbul etdiyi 4 məlum qətnamənin müddəalarının tələblərinin yerinə yetirilməsində təkid etməyə çağırırıq. Bu münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həlli dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına töhfə olmaqla yanaşı, beynəlxalq hüquqa inam və etimadı artırmış olar. Əks halda münaqişə daha geniş miqyas ala bilər. Azərbaycan dindarları dövlət başçımızın münaqişənin həlli istiqamətində atdığı addımları dəstəkləyir, problemin sülh yolu ilə həlli üçün dualar etməklə yanaşı, işğalçıların qeyd-şərtsiz ərazilərimizdən çıxmasını tələb edirlər”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadənin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın, Azərbaycanın Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayevin və Avropa yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviçin imzaladıqları müraciətdə deyilir: “Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli həmvətənlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlıqlarımızı bildirir, Uca Allahdan şəhidlərə rəhmət, yaralıların tezliklə şəfa tapmasını diləyirik”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29

