/ / Şirin Nexemiya Mixaeli: Biz Azərbaycanın mövqeyini bütün beynəlxalq hüquq normalarına uyğun ədalətli mövqe hesab edirik
Şirin Nexemiya Mixaeli: Biz Azərbaycanın mövqeyini bütün beynəlxalq hüquq normalarına uyğun ədalətli mövqe hesab edirik
15.04.2016 [10:10]
Ermənistan ilə Azərbaycan arasında hərbi əməliyyatlarla əlaqədar son hadisələr bizi narahat etməyə bilməz, çünki Azərbaycan bizim Vətənimizdir, biz burada doğulub boya-başa çatmışıq və bütün canımızla və qəlbimizlə ona bağlıyıq. Ermənistanın törətdiyi qanlı hadisələr, provokasiyalar biz yəhudilərin ürəyini göynədir. Cəbhə xəttində son hadisələr bir daha sübuta yetirdi ki, Azərbaycan qeyri-müəyyən status-kvonun davam etməsinə dözməyəcək. Biz Azərbaycanın mövqeyini beynəlxalq hüququn bütün normalarına, o cümlədən əzəli ərazilərini işğaldan azad etmək hüququna cavab verən ədalətli və adekvat mövqe hesab edirik. Bu sözləri Akko şəhərinin Azərbaycan dağ yəhudiləri icmasının başçısı, Azərbaycandan gəlmə yəhudilər icmasının əlaqələndirmə mərkəzinin başçısı Şirin Nexemiya Mixaeli AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
O deyib: “Biz israillilər sözdə deyil, reallıqda çox yaxşı bilirik ki, müharibə, hər gün alçaqcasına törədilən terror nə deməkdir. Məhz bu gözəl, tolerant və qonaqpərvər Azərbaycan xalqının yanında doğulmaq, böyümək və yaşamaq imkanını bizə nəsib etdiyinə görə Uca Yaradana minnətdarıq. Fəxr edirik ki, Azərbaycanda, bizim üçün ana Vətən olan bu bərəkətli torpaqda anadan olmuşuq. Tam məsuliyyətlə bütün dünyaya və ən başlıcası erməni işğalçılarına bəyan edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz və ağrı-acımızdır, çünki həqiqət Azərbaycanın tərəfindədir. Yəhudilər və azərbaycanlılar işğalçılara qarşı bu dəhşətli müharibədə həmişə bir cəbhədən çıxış ediblər. Biz yanaşı yaşamışıq, bir yerdə sevinmişik, bir yerdə kədərlənmişik, bir yerdə döyüşmüşük. Biz - dağ yəhudiləri, böyük və müdrik Azərbaycan xalqının torpağında yaşadığımız bu uzun illər ərzində yaxşı bilirik və başa düşürük ki, işğal edilmiş ərazilər Azərbaycanın tarixi torpaqlarıdır və Dağlıq Qarabağ Azərbaycan üçün nə deməkdir. Dağlıq Qarabağ Azərbaycanın ürəyi və canı, bu xalqın mədəniyyətinin beşiyidir. Biz, Azərbaycandan gəlmə dağ yəhudiləri qürur duyuruq ki, daşnaq işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının qəhrəmanlıq simvoluna çevrilib. Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində döyüş əməliyyatlarında Ermənistanın çoxlu canlı qüvvəsini və zirehli texnikasını məhv edib. Tank komandiri təyin olunan Albert Aqarunov Şuşaya yola düşüb və tank bölməsi komandirinin əmri ilə 1992-ci il mayın 28-də səhər tezdən Şuşa ətrafında sonuncu döyüşünə atılıb. Albert Aqarunovla bərabər, Azərbaycanın ərazi bütövlüyü uğrunda çoxlu yəhudi döyüşüb. Aralarında itkin düşənlər də var. Onlardan biri Göyçaydan olan yaxın qohumum Vüqar Mikayılov erməni əsirliyindədir. Çoxsaylı Mikayılovlar ailəsi hazırda İsrailin müxtəlif şəhərlərində yaşayır. Anası, böyük qardaşı və bacısı böyük ümidlə və səbirsizliklə gözləyirlər ki, erməni əsirliyində 22 il sürən girovluqdan sonra Vüqarı görə biləcəklər.
Azərbaycan dağ yəhudilər icmasının başçısı kimi mən bu çətin vəziyyətdə qeyd etmək istəyirəm ki, bizə - Azərbaycan oğullarına ehtiyac olsa, İsraildə könüllülər batalyonu toplayıb, işğal altında olan əraziləri azad etməkdə Azərbaycan xalqına kömək etməyə hazırıq. Ümidvaram ki, Azərbaycanın əzəli torpaqları tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar doğma yurd-yuvalarına dönə biləcəklər. Biz Qələbəni Şuşada bayram edəcəyik, ora qələbə bayrağımızı sancacağıq”.
Həlak olmuş azərbaycanlı əsgərlərin ailələrinin və bütün Azərbaycan xalqının dərdinə şərik olduğunu və kədərləndiyini bildirən Azərbaycan dağ yəhudilər icmasının başçısı deyib: “Azərbaycan xalqı üçün bu ağır və həlledici məqamda Azərbaycanın ərazi bütövlüyü naminə həlak olanların ailələrinə və yaxınlarına İsrail xalqı adından və Akko şəhərinin çoxsaylı Azərbaycan icması adından dərin hüznlə başsağlığı verir və kədərləndiyimizi bildiririk”. O daha sonra bildirib ki, multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Azərbaycan adlı ölkəni Akko şəhərinin meri Şimon Lankriyə məhz Azərbaycandan gəlmələr və dostum, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut tanıdıblar. Biz İsraildə həmişə fəxrlə danışırıq ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və orada yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər. Azərbaycana gəlib bu faktı, Azərbaycan rəhbərliyinin yəhudilərə mehriban və səmimi münasibətini yerində görən Akko şəhərinin meri Şimon Lankri “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev ilə birlikdə elə oradaca qərara alıb ki, Akko şəhərində Azərbaycan Evinin tikilməsinə ehtiyac var. Mən fəxr edirəm ki, biz Akko şəhərinin merini Azərbaycanın həqiqi dostuna çevirə bildik”.
Akkonun Azərbaycan dağ yəhudiləri icmasının başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının mümkünlüyünə inanır. Şirin Nexemiya Mixaeli fikrini belə yekunlaşdırıb: “İsrail dövləti dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və mən də bu fikri bölüşürəm. İsrail dövləti, Akko şəhərinin meriyası və Akkonun dağ yəhudiləri icması Azərbaycanla və Azərbaycan xalqı ilə birlikdədir. Ürəyimiz Azərbaycanla - Vətənimizlə bir döyünür. Səməd Vurğunun dahiyanə sözlərində deyildiyi kimi: “El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən, Anam doğma Vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!”
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

