/ / Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasındakı dostluq vəziyyəti idarə etmək həvəskarlarına rahatlıq vermir
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasındakı dostluq vəziyyəti idarə etmək həvəskarlarına rahatlıq vermir
16.04.2016 [10:51]
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya ilə Azərbaycan arasında hazırkı münasibətlərdən və bəzi qüvvələrin ölkələrimiz arasına nifaq salmaq cəhdlərindən danışıb.
- Dmitri İvanoviç, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər sahəsində bu günə olan vəziyyəti Siz necə qiymətləndirirsiniz?
- Aprel ayında çox mühüm hadisələr baş verdi. Ermənistan tərəfindən törədilən provokasiya nəticəsində Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi, Azərbaycan Respublikasının hərbi uğurlarına, qazandığı qələbələrə baxmayaraq birtərəfli qaydada atəşi dayandırması və münaqişəni sülh yolu ilə həll etmək arzusunu birinci olaraq elan etməsi - bütün bu hadisələr fonunda Qərb ölkələrinin çoxunun Azərbaycana real münasibəti aydın oldu. Qeyd etmək istəyirəm ki, Rusiya danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişənin diplomatik yolla nizamlanmasını irəlilətmək üçün maksimum cəhd göstərdi. Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib. Rusiya Prezidenti Vladimir Putin və RF xarici işlər naziri Sergey Lavrov münaqişənin dinc yolla həll etməyin necə vacib olmasından danışıblar. Məlum vəziyyətdə Rusiyanın göstərdiyi mühüm cəhdlər bütün dünyaya aydındır. Düşünürəm ki, elə bu, Rusiya üçün Azərbaycanla münasibətlərin əhəmiyyəti barədə nəsə başqa bir söz deməkdən daha yaxşıdır.
- Deyəsən, Rusiya ilə Azərbaycanın daha sıx yaxınlaşması heç də hamının ürəyincə deyil?
- Siz haqlısınız. Ölkələrimiz arasında ixtilaf yaratmaq üçün provokasiya və cəhdlərin sayı-hesabı yoxdur. Heç uzağa getməyək, bu yaxınlardakı provokasiyanı, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı onunla qondarma Krım-tatar məclisinin liderləri Mustafa Cəmiloğlu və Rüfət Çubarov arasında guya baş tutan görüş haqqında internetdə informasiyanın yayılmasını yada salaq. Sonra bu, Prezidentin mətbuat xidməti tərəfindən təkzib edilib. Axı bu ölkələrimiz arasında nifaq yaratmaq üçün növbəti cəhddən başqa bir şey deyil. Sözsüz ki, belə cəhdlər davam edəcək. Axı Rusiya ilə Azərbaycan arasındakı dostluq ölkələrimizi nəzarətdə saxlamaq cəhdlərinə mane olaraq vəziyyəti idarə etmək həvəskarlarına rahatlıq vermir. Biz bir yerdə daha güclüyük və uğurla bu günün siyasi və iqtisadi çağırışlarına qarşı dura bilərik.
- Sizin fikrinizcə, ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri necədir?
- Əminəm ki, Rusiya və Azərbaycanın yorulmadan qurduğu və inkişaf etdirdiyi dostluq və əməkdaşlıq münasibətləri indi yeni impuls alacaq. Bizim üçün iqtisadi, humanitar, elm, təhsil sahələrində qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır. Forumlar, gənclərin mübadilələri, birgə tədbirlər, elmi və təhsil proqramları, konfranslar, müxtəlif səviyyələrdə görüşlər təşkil etməklə gənc nəsli dostluq və qardaşlıq ruhunda tərbiyələndirmək lazımdır. Düşünürəm ki, bizim bu sahədəki cəhdlərimiz Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxİdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20

