/ / Azərbaycanın və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr yeni mərhələyə qədəm qoyub
Azərbaycanın və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr yeni mərhələyə qədəm qoyub
19.04.2016 [09:52]
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit və baş prokuroru Mehmet Akarca, Türkiyə Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçil, habelə digər şəxslərdən ibarət nümayəndə heyəti aprelin 18-də Fəxri xiyabana gələrək türk dünyasının görkəmli oğlu, xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyub.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn türkiyəli qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarının üzərinə tər çiçəklər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət edilib, önünə əklil qoyulub.
Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin başçılıq etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirib, eyni dil, ənənə və dəyərlərə sahib hər iki xalqın birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd edib. O, Azərbaycanın və Türkiyənin dövlət başçılarının qarşılıqlı səfərlərdə və beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirmələrinin türk dünyasının birliyinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını ifadə edib. Ali Məhkəmənin sədri qardaş Azərbaycanın və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulayıb. Xüsusilə, Türkiyə Ədliyyə Akademiyasının Azərbaycanın hakim korpusunun formalaşmasında xidmətləri məmnunluqla qeyd edilib.
Ramiz Rzayev respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat verib. O, Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Nümayəndə heyətinin rəhbəri İsmail Rüştü Cirit Türkiyədə Ali Məhkəmənin fəaliyyəti barədə danışıb, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Mehmet Akarca qardaş ölkələrimizin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, onun tarixini əks etdirən muzeyə baxıblar. Türkiyə Ali Məhkəməsinin sədri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
İsmail Rüştü Ciritin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.
Xəbər lenti
Hamısına baxAnalitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46

