/ / Milli Məclisin sədri Moskvada Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsində iştirak edib
Milli Məclisin sədri Moskvada Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsində iştirak edib
20.04.2016 [10:09]
Aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr kövrək atəşkəs rejiminə ümid bəsləməyin nə qədər yanlış olduğunu bir daha sübut etdi. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri, xüsusən də dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır.
Bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsində söyləyib.
Azərbaycan parlamentinin sədri dünyanın maliyyə böhranı, terrorçuluq, iqlim dəyişiklikləri, ərzaq və enerji təhlükəsizliyi kimi problemlərlə üz-üzə qaldığını və bu problemlərin həlli üçün dövlətlərarası əməkdaşlığın alternativinin olmadığını diqqətə çatdırıb. Parlamentlərarası dialoqun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, parlamentlərarası əməkdaşlıq Avrasiya regionunda mövcud münaqişələrdən çıxış yollarının tapılmasına kömək edəcək.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə aparıldığını, Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından bir milyon dinc sakinin qovulduğunu, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və digər mötəbər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlər qəbul etdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Oqtay Əsədov deyib: “Münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir, dəyişilməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdükləri və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün indiyədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermir. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olub. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarıb. Pozulmuş atəşkəs rejimi Rusiyanın vasitəçiliyi sayəsində bərpa edilib”.
Avrasiya regionunun 19 ölkəsinin parlament rəhbərlərinin iştirak etdikləri müşavirədə BMT-nin baş katibi Pan Gi Munun və Rusiya Prezidenti Vladimir Putinin müraciətləri səsləndirilib.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin tədbirdə çıxış edərək deyib ki, Avrasiya məkanının formalaşması bu ölkələrin siyasi və iqtisadi cəhətdən təcrid olunmasına gətirib çıxarmayacaq və bütövlükdə dünyada dayanıqlı inkişafa kömək edəcək. O vurğulayıb ki, bu birlik, həmçinin transkontinental inteqrasiya layihələrinə qarşı yönəlməyib.
Görüş iştirakçıları XXI əsrdə Avrasiya regionu ölkələrinin birgə rifahı naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi mövzusu ətrafında müzakirələr aparıblar. Bundan əlavə, iqtisadi, siyasi, humanitar, hüquqi sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə parlamentlərarası dialoqun inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi, ekstremizmlə mübarizə, konfessiyalararası dialoqun gücləndirilməsi və digər məsələlər də nəzərdən keçirilib.
Müşavirənin sonunda iştirakçılar yekun Bəyanat qəbul ediblər.
Növbəti müşavirənin gələn il Koreya Respublikasında keçirilməsi qərara alınıb.
Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsində iştirak edən Azərbaycan nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil olub.
Xəbər lenti
Hamısına baxAnalitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18

