Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Amerikalı konqresmen ABŞ-ın dostlarına qarşı Ermənistanın alət kimi istifadə olunduğunu bəyan edib

Amerikalı konqresmen ABŞ-ın dostlarına qarşı Ermənistanın alət kimi istifadə olunduğunu bəyan edib

21.04.2016 [10:00]

ABŞ Konqresinin üzvü, Montana ştatını təmsil edən Rayan Zinke Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca yaşanan son gərginliklə əlaqədar Ermənistanı tənqid edən bəyanat verib.
Ermənistan və Azərbaycan arasında baş verən, onlarla insanın ölümü ilə nəticələnən son toqquşmalarla əlaqədar narahatlığını ifadə edən konqresmen R.Zinki bu eskalasiyanın Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerri ilə görüşləri ilə yadda qalan uğurlu Vaşinqton səfərindən dərhal sonra yarandığını vurğulayıb.
Konqresmen R.Zinke, həmçinin bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu, Ermənistan və Azərbaycan arasında baş vermiş son eskalasiyanın yatırılmasının beynəlxalq və regional təhlükəsizlik aspektindən vacib olduğunu ifadə edib.
Daha sonra o, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfələrini diqqətə çatdıraraq, Ermənistanın Azərbaycan da daxil olmaqla ABŞ-ın regiondakı dostlarına qarşı alət kimi istifadə olunması ilə bağlı təəssüfünü bildirib.
Sonda konqresmen bəyanatında Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmaların bu münaqişənin həllinin necə təcili olduğunu bir daha xatırlatdığını qeyd edərək, Ağ Ev Administrasiyasına münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini daha da intensivləşdirmək, habelə təcavüzə məruz qalan Azərbaycan kimi dost dövlətlərə dəstəyini davam etdirməklə bağlı çağırış edib.

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31