Vüqar Rəhimzadə: Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
26.04.2016 [09:10]
“Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan bu gün dünya dövlətləri, beynəlxalq təşkilatlarla uğurlu və perspektivli əməkdaşlıq imkanlarına sahibdir. Bu mənada Azərbaycanın yürütdüyü siyasət, sərgilədiyi ədalətli mövqe hər zaman dəstəklənir, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzu günbəgün yüksəlir”.
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O vurğulayıb ki, ölkəmiz 1992-ci ildən üzvü olduğu BMT ilə sıx əməkdaşlıq edir: “Bu nüfuzlu beynəlxalq qurum Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə buna əyani sübutdur. Eyni zamanda, ölkəmizin 155 dövlətin səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanla qurum arasındakı əlaqələrin yaxınlığı ilə yanaşı, həmçinin dövlətimizin artan gücünün təzahürüdür”.
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən söz açan V.Rəhimzadə qeyd edib ki, bu gün dünya birliyinin ayrılmaz bir hissəsi olan Azərbaycan Şəqrlə Qərbi birləşdirən mühüm layihələrin təşəbbüskarı kimi çıxış edir: “Bununla yanaşı, ölkəmiz uzun illərdir ki, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu mənada Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, 2014-cü ildə BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə məhz Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Forumda Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir”.
V.Rəhimzadə hesab edir ki, belə bir qlobal Forumun Bakıda keçirilməsi kifayət qədər mühüm hadisədir: “Nəzərə almaq lazımdır ki, Forum sivilizasiyalararası dialoqun, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi, milli, dini və irqi ayrı-seçkiliyin, sülh və təhlükəsizliyi təhdid edən halların aradan qaldırılması, həmçinin qlobal məsələlərin müzakirə edildiyi mühüm bir platformadır. Ona görə də burada regional və dünya miqyaslı problemlər, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, xüsusilə Ermənistan siyasi hakimiyyətinin yürütdüyü məkrli siyasətin sülhə və təhlükəsizliyə böyük təhdid olması bir daha vurğulanmalıdır”.
Vüqar Rəhimzadə qeyd edib ki, əslində, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi heç də təsadüfi deyil: “Çünki Azərbaycan tarixən müxtəlif millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir məkan olub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılıb, milli azlıqların hüquqları qorunub. Ümummilli lider Heydər Əliyev hər zaman bu məsələlərə xüsusi həssaslıqla yanaşıb. Ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdəki müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşaması üçün mühüm addımlar atıb. Dövlət başçısının Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi də ölkəmizin bu bəşəri dəyərlərə nə qədər hörmətlə yanaşmasının göstəricisidir. Şübhə yoxdur ki, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun işi kifayət qədər uğurlu və məhsuldar olacaq, bu beynəlxalq tədbir sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

