“Kommersant”: Ermənistan strateji müttəfiqi Rusiyanı mürəkkəb vəziyyətə salır
28.04.2016 [10:08]
Rusiyanın rəsmi dairələrə yaxın “Kommersant” qəzeti Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Moskvanın vasitəçiliyi ilə aparılan danışıqların Ermənistanın iddiaları üzündən təxirə salındığını yazır.
Məqalədə deyilir: “Sarkisyan münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsini mümkün saymır və Rusiya Federasiyası (RF) XİN-in başçısı Sergey Lavrovun ötən həftə Yerevana gətirdiyi təklifləri yeni təkliflər hesab etmir. Status-kvonun qorunub saxlanmasını istəyən Ermənistanın diplomatik tədbirləri onun strateji müttəfiqi Rusiyanı mürəkkəb vəziyyətə salır və Moskvanın təklif etdiyi danışıqlar prosesinin perspektivi qeyri-müəyyən görünür. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda vəziyyəti “çox kövrək” kimi səciyyələndirir”.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov ötən həftə Bakı və Yerevanın danışıqlara başlayacağını bildirmişdi. Kremldəki yüksək vəzifəli mənbə də “Kommersant” qəzetinə tərəflərin danışıqlar masası arxasına keçməsi üçün bütün diplomatik mexanizmlərin işə salındığını təsdiq etmişdi. Lakin Serj Sarkisyan ölkəsində ictimai rəyin Bakı ilə Yerevan arasında tarazlığı qorumağa çalışan Moskvanın fəaliyyətindən narazılığını bəhanə gətirərək danışıqlardan imtina edib. S.Sarkisyan, həmçinin S.Lavrovun Yerevana heç bir yeni təkliflər paketi gətirmədiyini də nəzərə çatdırıb. Halbuki S.Lavrovun ötən həftə Yerevana beynəlxalq vasitəçilərlə razılaşdırılmış təkliflər gətirdiyi məlumdur. Qəzetin yazdığına görə, bu təkliflər Madrid prinsiplərinin modernləşdirilmiş versiyası idi. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın S.Lavrovun Yerevana səfəri ərəfəsində dediyi “Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir” sözləri də təsdiqləyir.
“Kommersant”ın yazdığına görə, aprelin 26-da S.Sarkisyan Ermənistanın güc strukturlarının üç yüksək vəzifəli hərbçisini işdən azad edib. Bunlar müdafiə nazirinin müavini Alik Mirzabekyan, silahlı qüvvələrin rabitə qoşunlarının rəisi Komitas Muradyan və kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.
Qəzet yazır: “Yüksək vəzifəli erməni hərbçilərinin vəzifələrindən azad edilməsi Dağlıq Qarabağda son hadisələrlə birbaşa əlaqəlidir. Arşak Karapetyan tabeliyində olan hərbçilərin Azərbaycanın cəbhə xəttinə ağır silahları gətirməsi barədə əvvəlcədən xəbər tuta bilməməsinə görə cəzalandırılıb. Bu silahların tətbiqindən sonra erməni tərəfi ciddi itkiyə məruz qalmışdı. Bundan əlavə, Dağlıq Qarabağın xəstəxanalarında yanıq xəsarətlərinin müalicəsi üçün vasitələr tapılmayıb və bu dərmanları təcili Moskvadan gətirməli olublar. Alik Mirzabekyan isə erməni hərbçilərinin təchizatındakı səhvləri üzündən kənarlaşdırılıb”.
“Kommersant” ermənilərin danışıqları rədd etməsi fonunda Azərbaycan tərəfinin dialoqa hazır olduğunu vurğulayaraq, xarici işlər naziri Elmar Məmmədyarovun ölkəsinin məsələni dinc yolla həllinə və hərtərəfli siyasi prosesə hazır olması barədə dediklərini misal gətirir.
Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Sergey Markedonov qəzetə şərhində bildirib ki, “Moskva ilə Yerevan arasında münasibətlər quyruğun iti bulamasına bənzəyir”. Onun fikrincə, S.Sarkisyanın son bəyanatları aprelin əvvəlində erməni tərəfinin məğlubiyyətindən sonra Ermənistan cəmiyyətindəki narazılıqla əlaqədardır. O deyib: “Bu vəziyyətdə siyasətçinin danışıqlara getməyi onun siyasi “intihar”ı deməkdir. Sülh danışıqlarının bərpası üçün güclü motivasiya lazımdır. Belə motivasiya isə hələlik yoxdur”.
Xəbər lenti
Hamısına baxElm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16

