/ / Yeddinci Bakı Qlobal Forumunun uğurla keçirilməsi multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu
Yeddinci Bakı Qlobal Forumunun uğurla keçirilməsi multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu
28.04.2016 [10:14]
Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin birgə mətbuat açıqlamasında Forumun mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verdiyi vurğulanıb
2016-cı il aprelin 25-27-də Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında VII Qlobal Forumu keçirildi.
BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, VII Bakı Qlobal Forumunun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inklüziv cəmiyyətlərdə birgəyaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin birgə mətbuat açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, VII Bakı Qlobal Forumunda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir 117 xarici və yerli media tərəfindən geniş şəkildə işıqlandırıldı.
İnklüziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə aprelin 25-də BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Tədbiri keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo çıxış etdilər. BMT-nin baş katibi Pan Gi Mun tədbir iştırakçılarına videomüraciətində Forumun işinə uğurlar arzuladı və ev sahibi Azərbaycana təşəkkürünü ifadə etdi.
Forumun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir”.
Forumun gündəliyinə inklüziv cəmiyyətlərdə birgəyaşayışa maneə olan və cəmiyyətlərin əsasını sarsıdan aktual problemlər və məsələlər daxil idi. Forum öz işini zorakı ekstremizmin qarşısının alınması üçün platforma və tərəfdaşlıqlar, sosial inklüzivlik baxımından nümunəvi təcrübələr kimi əsas panellər və sülh və terrorizm, miqrasiya, gənclərin inklüziv cəmiyyətlərdə iştirakı, qlobal mədəniyyətlərarası dialoq və “Bakı prosesi”, zorakı ekstremizmin təbliğinə qarşı medianın maarifləndirilməsi, münaqişəli zonalarda qadınlar və sülh quruculuğu, dini liderlər və zorakı ekstremizm, vətəndaş cəmiyyəti və biznes, kiber ekstremizm və digər alt sessiyalar üzrə davam etdirdi.
Sosial inklüzivlikdə nümunəvi təcrübələr adlı paneldə çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır humanitar nəticələri, dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığı modeli əsasında Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verdi.
Forumun yekun sessiyasında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdilər.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyəli nazirlər iclasının Bakı Bəyannaməsi qəbul edildi. Bəyannamədə Alyansın VII Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında keçirilməsinə ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı artan təhdidlərin qarşısının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, “Bakı prosesi” və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi baxımından Azərbaycanın rolu təqdir edildi.
Həmçinin bəyanatda Forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən Alyansın gənclər, təhsil, media və miqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfəsi qeyd olunaraq, VII Qlobal Forumun keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Bakı şəhərinə təşəkkür ifadə olundu.
Bəyanatda qeyd olunduğu kimi, VII Bakı Qlobal Forumu inklüziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi, sülh, universal insan hüquqları və davamlı inkişafın təşviq edilməsi və təhdidlərə, xüsusilə terrorizm üçün münbit rol oynayan zorakı ekstremizmin yayılmasına qarşı həll yollarının tapılması, BMT-nin Sivilizasiyalar Alyansının qlobal platforma kimi rolunun vurğulanması baxımından qarşısına qoyduğu məqsədlərə nail oldu.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edərək, Azərbaycan Respublikası xarici siyasətinin əsas istiqamətlərindən birinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və hörmətin təşviqi, bu sahədə malik olduğu çoxəsrlik təcrübəni paylaşmaq, beynəlxalq ictimaiyyətin sözügedən məsələdə səylərini hərtərəfli dəstəkləməkdən ibarət olduğunu bir daha təsbit etdi.
Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına uyğun olaraq, VII Bakı Qlobal Forumunun uğurla keçirilməsi milli, regional və qlobal səviyyələrdə multikulturalizmin təşviqi, mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verməsi baxımından mühüm tədbir oldu.
Azərbaycan Respublikası bu istiqamətdə davamlı siyasətini, beynəlxalq təşkilatlar, digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını daha da əzmlə davam etdirəcək. “Bakı prosesi” çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun nəticələrini müzakirə etmək üçün platforma olacaq.
“Yeddinci Bakı Qlobal Forumunun keçirilməsinə dəstək vermiş bütün tərəf müqabillərinə, BMT-yə, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına və Forumun iştirakçılarına təşəkkürümüzü bildiririk”, - deyə açıqlamanın sonunda qeyd edilir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08

