/ / “Rossiya-24”: Sivilizasiyalar Alyansı 10 ildən çoxdur ki, mövcuddur, lakin indi o, həmişəkindən daha aktualdır
“Rossiya-24”: Sivilizasiyalar Alyansı 10 ildən çoxdur ki, mövcuddur, lakin indi o, həmişəkindən daha aktualdır
28.04.2016 [10:15]
“Rossiya-24” telekanalında Bakıda keçirilən “BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu” barədə reportaj verilib. “Vesti” proqramının müxbiri Andrey Şlyapnikovun reportajında deyilir: “Görüşdə üç mindən çox nümayəndə iştirak edir. Onların arasında indiki və sabiq dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, məşhur siyasətçilər, politoloqlar və ekspertlər, dini liderlər və biznesmenlər var. Əsas mövzulardan biri - terrorizm təhlükəsi və ona qarşı mübarizə məsələsidir”.
Materialda qeyd edilir ki, Alyansın Bakı Forumu dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüyün artması fonunda keçirilir. Dünyanın 140-dan çox ölkəsinin nümayəndələri dünyanın bu mürəkkəb problemlərinin həllinə dair vahid fikrə gəlmək üçün Bakıda toplaşıblar.
Azərbaycanda 2016-cı il Multikulturalizm İli elan edilib. Rusiya telekanalının müxbiri xatırladır ki, Prezident İlham Əliyev öz təbrik nitqində Azərbaycanın tarixi missiyasını vurğulayıb. Reportajda Prezident İlham Əliyevin çıxışından aşağıdakı sözlər sitat gətirilir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik”.
Rusiya İctimai Palatasının üzvü Sergey Markovun fikrincə, Azərbaycan müasir dünyəvi cəmiyyətdə xristianların və müsəlmanların qarşılıqlı fəaliyyətinin gözəl nümunəsidir. Buna görə də təsadüfi deyil ki, Alyansın Forumu Azərbaycan paytaxtında keçirilir. Bakı çoxmədəniyyətli cəmiyyət yaradılması sahəsində öz təcrübəsini bütün dünyaya göstərmək istəyir.
“Vesti” müxbirinin fikrincə, Sivilizasiyalar Alyansı 10 ildən çoxdur ki, mövcuddur, lakin indi o, həmişəkindən daha aktualdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

