Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Egemen Bağış: Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır

Egemen Bağış: Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır

28.04.2016 [10:17]

“Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır. Müsəlman ölkəsi olmasına baxmayaraq, beynəlxalq təşkilatlarla sıx əlaqələr qurub”.
Bu fikri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Türkiyənin Avropa İttifaqı məsələləri üzrə keçmiş dövlət naziri Egemen Bağış AZƏRTAC-a müsahibəsində deyib.
“Artıq iyirmi ildir ki, dünya ictimaiyyəti İslam və terrorizmi eyniləşdirir. Ermənistan tərəfindən terrora məruz qalmış Azərbaycan bu gün dünyada sülhün bərqərar olması, terrorun aradan qaldırılması və sivilizasiyalar arasında dialoq və əməkdaşlığın qurulması naminə uğurlu addımlar atıb.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanın paytaxtı Bakıda keçirilməsi dünya ictimaiyyətinə bir daha sübut etdi ki, terrorizmin dinə, etnik mənsubiyyətə heç bir aidiyyəti yoxdur. Terrorizm beynəlxalq problemdir və dünya ictimaiyyəti onun həllində səylərini birləşdirməlidir”, - deyə keçmiş dövlət naziri bildirib.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31