/ / Səfir Yuris Maklakovs: İnsanlar dürüst xəbərləri məhz AZƏRTAC kimi informasiya agentliklərindən əldə edirlər
Səfir Yuris Maklakovs: İnsanlar dürüst xəbərləri məhz AZƏRTAC kimi informasiya agentliklərindən əldə edirlər
30.04.2016 [09:28]
AZƏRTAC ilə Latviyanın LETA agentliyi arasında əlaqələrin daha da inkişafı, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var.
Bu fikir Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə aprelin 29-da AZƏRTAC-da keçirilən görüşdə səslənib.
Azərbaycanın artıq dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkana çevrildiyini qeyd edən baş direktor Aslan Aslanov ölkədə medianın inkişafı məsələlərinin də daim diqqət mərkəzində olduğunu bildirib.
Görüşdə AZƏRTAC ilə LETA agentliyi arasında əməkdaşlıq müqaviləsinin mövcud olduğu bildirilib, səfirliyin dəstəyi ilə bu münasibətlərin daha da yaxınlaşacağına əminlik ifadə olunub. Qeyd edilib ki, onlayn medianın sürətli inkişafı dövründə informasiya mübadiləsinin böyük əhəmiyyəti var və əlaqələri inkişaf etdirməklə hər iki xəbər agentliyi ölkələrimizin mədəniyyəti, turizm potensialı, iqtisadiyyatı haqqında məlumatları daha geniş auditoriyada yaya bilərlər.
Səfir Yuris Maklakovs onlayn jurnalistika və sosial media vasitəsilə hadisələr haqqında məlumatların sürətlə yayıldığını, hazırda hədsiz sayda informasiya mənbələrinin mövcud olduğunu bildirərək deyib: “Buna baxmayaraq, insanlar dürüst xəbərləri məhz AZƏRTAC kimi informasiya agentliklərindən əldə edir, etibarlı xəbər mənbələrinə üz tuturlar”.
Diplomat hər iki ölkənin qocaman informasiya agentlikləri olan LETA ilə AZƏRTAC arasında əlaqələrin dərinləşdirilməsi üçün lazımi dəstək verməyə hazır olduğunu qeyd edib.
Görüşdə AZƏRTAC-ın bu ilin noyabrında Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb, sosial medianın inkişafı, informasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

