Lənkəranda “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib
03.05.2016 [10:04]
Mayın 2-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası (YAP) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP-ın Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyi və Qadınlar Şurasının sədrləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müşavirədə çıxış edən Baş nazirin müavini-YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və bu istiqamətdə silsilə tədbirlər keçirilir.
Azərbaycanın dünyada özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Baş nazirin müavini multikulturalizmin ölkəmizdə dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkəmizin multikultural dəyərlərinin insanların həyat tərzinə çevrilməsində zəngin təcrübəsi var. Artıq bütün dünya multikulturalizmin və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.
Bildirilib ki, son illər Azərbaycan çox sürətlə inkişaf edir. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsi olan bu inkişafı təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəranda da görmək olar.
Diqqətə çatdırılıb ki, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.
Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir.
Azərbaycanda sabitliyin, əmin-amanlığın, rahatlığın hökm sürdüyünü qeyd edən Əli Əhmədov ölkəmizin bu sabitliyin qorunması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyini bildirib. Cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan vətəndaşlarında, xüsusilə gənclərdə vətənpərvərlik hissinin nə qədər güclü olduğunu göstərdi.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin inkişafımızın və birliyimizin əsasını təşkil etdiyini vurğulayan Əli Əhmədov partiya üzvlərini bu ideologiyaya sadiqliyi əməli işləri ilə doğrultmağa, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə çağırıb.
Toplantıda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Rəşad Mahmudov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Nizami Yusubov, YAP Masallı rayon Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Cəlilabad rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirova, Biləsuvar rayonu Xırmandalı kənd tam orta məktəbinin direktoru Firudin Hüseynov, Yardımlı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ayazxan Əliyev və Lənkəran Şəhər İcra Hakimiyyətin başçısı Taleh Qaraşov mövzu ilə bağlı çıxış ediblər.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da iştirak ediblər.
Zona müşavirəsini Əli Əhmədov yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

