Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
17.05.2016 [10:13]
Azərbaycan Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan dünyanın əksər dövlətlərini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir. Respublikamızın ədliyyə naziri bu qurumun vitse-prezidentidir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə Çin Xalq Respublikasının Tiançin şəhərində Assosiasiyanın 9-cu illik tədbirləri keçirilib.
Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
IAACA-nın tədbirləri onun rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası ilə başlanıb. Əsas təşkilati məsələlərin baxıldığı iclasda F.Məmmədov məruzə ilə çıxış edib və müvafiq qərar qəbul olunub.
Konfransda dünyanın 70 dövlətindən 300-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə, ixtisaslaşmış antikorrupsiya orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, tanınmış hüquqşünaslar iştirak ediblər. Mötəbər forumun açılışında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Hüquqi Məsələlər üzrə Komissiyasının rəhbəri Menq Çianju, IAACA-nın prezidenti və Çinin baş prokuroru Çao Cianminq, Tiançin partiya komitəsinin katibi və şəhərin meri Xuonq Ksinquo, BMT-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri çıxış ediblər.
Antikorrupsiya qurumlarının fəaliyyətinə həsr olunmuş Konfransın əsas plenar sessiyasına Azərbaycanın ədliyyə naziri sədrlik edib.
Nazir giriş nitqi ilə çıxış edərək antikorrupsiya orqanlarının inkişafı, rolu və əsas fəaliyyət istiqamətlərindən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu sahədə aparılan əhatəli institusional və praktiki tədbirlər, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun səlahiyyətlərinin genişləndirilməsi, kadr və maliyyə potensialının gücləndirilməsi barədə məlumat verib.
Sonda sessiyaya yekun vuran F.Məmmədov antikorrupsiya qurumlarının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış edib.
Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak ediblər.
Respublika baş prokurorunun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev plenar sessiyada çıxış edərək İdarənin işi, onun səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığa verilən töhfələr barədə təqdimatla çıxış edib, bu zaman Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində ölkəmiz tərəfindən beynəlxalq antikorrupsiya internet şəbəkəsinin işinin aparıldığını bildirib.
Konfransda çıxış edənlər ölkəmizin korrupsiyaya qarşı qlobal mübarizədə fəal iştirakını, bu sahədə qeyd olunan şəbəkənin mühüm rolunu vurğulayıblar.
Eyni zamanda, əsas təşkilati və kadr məsələlərini həll edən Ümumi Yığıncaq keçirilib. Tədbirdə Assosiasiyanın rəhbərliyi adından IAACA-nın vitse-prezidenti F.Məmmədov əsas məruzəçi qismində çıxış edərək təşkilatın yeni prezidenti vəzifəsinə Qətərin baş prokurorunun namizədliyini təqdim edib, həmçinin İcraiyyə Komitəsinin tərkibinə dair təkliflər irəli sürüb. Bütün təkliflər Ümumi Yığıncaq tərəfindən təsdiq olunub.
Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Bəyannamə qəbul olunub.
Tədbir çərçivəsində Çinin baş prokuroru Ç.Cianminq ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Çin arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabrında Çinə dövlət səfərinin və müxtəlif, o cümlədən hüquq sahəsi üzrə imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə böyük təkan olduğu vurğulanıb. Çinin baş prokuroru Assosiasiyaya prezidentliyi dövründə ölkəmizin IAACA-nın inkişafına davamlı töhfələrini və dəstəyini yüksək qiymətləndirib.
Konfrans çərçivəsində, həmçinin bir sıra dövlətlərin baş prokurorları və antikorrupsiya orqanlarının rəhbərləri, habelə beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

