/ / Xarici İşlər Nazirliyi Ermənistan ordusunun kimyəvi silahdan istifadə etməsinə dair bəyanat yayıb
Xarici İşlər Nazirliyi Ermənistan ordusunun kimyəvi silahdan istifadə etməsinə dair bəyanat yayıb
18.05.2016 [10:12]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və mülki obyektlərini ağ fosfor mərmisindən atəşə tutması ilə əlaqədar bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda aprelin 2-dən başlayaraq son gərginlik və hücum hərəkətləri zamanı Ermənistan silahlı qüvvələrinin qəsdən və çoxsaylı əsasda Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iriçaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə etdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, belə mərmilərdən birinin Azərbaycanın Tərtər rayonunun Əskipara kəndi ərazisinə atılması və təsadüfən ilkin hədəfdən yayınaraq becərilən pambıq tarlasına düşməsi faktı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 10-da aşkarlanıb. Əgər bu mərmi Əskipara kəndində əhalinin sıx məskunlaşdığı əraziyə düşsəydi, çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnə bilərdi.
Bildirilib ki, Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirliklərinin hərbi attaşeləri Ermənistan tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı bu tipli silahdan istifadə olunması faktına dair dərhal məlumatlandırılıb. Bu fakt mayın 11-də Əskipara kəndinə səfər zamanı 13 ölkədən 20 nümayəndə və hərbi attaşe, eləcə də ATƏT-in Minsk qrupu tərəfindən münaqişə ilə məşğul olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin iştirakı ilə müşahidə edilib və sənədləşdirilib.
Araşdırma nəticəsində aşkar edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan sursat D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) tərkibli maddə olan mərminin ümumi çəkisi 27,7 kiloqramdır.
Bəyanatda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları tərəfindən mərminin tapıldığı ərazinin təftiş edildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda iş üzrə ibtidai istintaq davam etdirilir.
Bildirilib ki, şahid ifadələri, hala dair şəkillər, mərminin zərərsizləşdirilməsinə dair videogörüntülər (sıx ağ tüstülü partlayış) (videoya bu keçiddən baxmaq olar: http://mod.gov.az/index2.php?content=news/2016/20160511_attasecebhe) həmçinin atəşin trayektoriyası və təqdim edilən digər çoxsaylı sübutlar Ermənistana məxsus sursatın ağ fosfor mərmisi olduğunu və Ermənistan silahlı qüvvələrinin yaxınlıqda yerləşən mövqelərindən atıldığını təsdiq edir.
Məlumdur ki, tərkibində ağ fosfor olan silahlar tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda həddən ziyadə zəhərləyici xüsusiyyətə malikdir və insanın sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Belə silahlar dəri ilə təmasda olduqda hətta bəzən sümüyə qədər nüfuz etməklə ağır, qismən və ya tam dərin yanığa və kimyəvi yanıqlara səbəb olur. Dəri vasitəsilə sovrulmuş fosfor insan bədənində kifayət qədər uzun müddət qala bilir və ürək, böyrək, qaraciyərin zədələnməsi, bir sıra daxili orqanların çatışmazlığı və yaxud ölümlə nəticələnir.
“Beynəlxalq humanitar hüquqa görə, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə (Əskipara kəndindəki becərilən sahə kimi) ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il “Adi silahların konkret növləri haqqında konvensiya”nın “Alışdırıcı silahların istifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokol”u ilə qadağan edilir.
Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəfə alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə konvensiyalarını, xüsusilə dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.
Ağ fosfor tərkibli silahlar, həmçinin Ermənistanın da 2004-cü ildə qoşulduğu 1997-ci il “Terrorçu partlayışlara qarşı mübarizəyə dair Beynəlxalq Konvensiya”ya əsasən “alışdırıcı silahlar və ya qurğular” kimi də təsnif edilər bilər. Konvensiya hər hansı “layihələndirilmiş və ya bu imkanlara malik ölümlə nəticələnən, ciddi bədən xəsarəti və yaxud sağlamlığa ciddi ziyan vuran partlayıcı və ya alışdırıcı silah və ya qurğu”, yaxud da zəhərli kimyəvi, bioloji agentlər, toksinlər və ya radiasiya təsiri yaradan silaha tətbiq edilir”, - deyə bəyanatda vurğulanıb.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud şəkildə pozduğuna görə Ermənistanı qınamağa çağırır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

