Azərbaycan XİN: Ermənistan yenə də destruktiv siyasət yürütməklə məşğuldur
24.05.2016 [10:07]
“Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündən sonra Ermənistan rəhbərliyi və xarici işlər naziri elementar diplomatik etikaya sığmayan şəkildə görüşün mahiyyətini təhrif etməyə yönəlmiş söz yarışındadır”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Azadlıq” radiosuna müsahibəsini şərh edərkən deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan münaqişənin həlli üzrə ciddi və konstruktiv danışıqlara başlamağa zəmin yaratmaq üçün Vyana görüşündə atəşkəs rejiminə dair müsbət mövqeyini bildirdi. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qəbul olunur ki, münaqişənin həlli üzrə hərtərəfli prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Zahirən belə təəssürat yaranır ki, Ermənistan xarici işlər naziri ya Vyana görüşünün mahiyyətini başa düşməyib, ya da qəsdən özünü bilməməzliyə vurur. Təsadüfi deyil ki, Vyana görüşündən sonra əsasən daxili tələbata yönəlmiş cəfəng açıqlamalar yarışında olan Ermənistan xarici işlər naziri Vyana görüşünün əsas qayəsi olan hərtərəfli sülh prosesinin başlanmasına bir dəfə belə toxunmayıb.
Rəsmi Yerevan yenə də hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa yönəlmiş destruktiv siyasət yürütməklə məşğuldur. Xalqı sülhə hazırlamaq əvəzinə, Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir.
Vyana görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına münasibət bildirən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov demişdi: “Vyanada keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39

