18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
18.06.2016 [11:05]
Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısıdır
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini təşkil etməkdədir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi olmuşdur.
Demokratik inkişaf mühüm strateji məqsəd kimi...
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən yeni keyfiyyətdə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir və vətəndaş cəmiyyəti quruculuğu prosesində mühüm nailiyyətlər əldə edib.
Yeri gəlmişkən, iyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda keçirdiyi dinləmələrdə çıxışı zamanı bu məsələyə toxunan Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dönüş məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra yarandı: “Xaos və anarxiyanın, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, davamlı ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkədə demokratik və hüquqi dövlət quruculuğu prosesinin başlanmasına imkan verdi. Bu dövrdən etibarən insan hüquqlarına dair beynəlxalq sənədlərdə təsbit olunmuş standartlar da nəzərə alınmaqla, milli qanunvericiliyin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldı. Təbii ki, insan və vətəndaş hüquq və azadlıqlarının əsas hüquqi təminatı Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasıdır. İnsan hüquqları ilə bağlı digər fundamental sənəd 1998-ci il iyunun 18-də Ulu öndər tərəfindən təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramıdır. Məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla İnsan Hüquqları Günü elan edilib”.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması daxili siyasət kursunun mühüm istiqamətlərindəndir
Bir məqamı xüsusi olaraq qeyd etmək gərəkdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov onu da vurğulayıb ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi dəyərləndirən Prezident İlham Əliyev bu sahədə görülən işləri uğurla davam etdirib, 2006-cı ildə insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planını, 2011-ci ildə isə Milli Fəaliyyət Proqramını təsdiq edib. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.
Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativliyini şərtləndirib. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Azərbaycan demokratik transformasiyanı uğurla başa çatdırıb
Qeyd etmək lazımdır ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasını şərtləndirən mühüm məsələlərdən biri də demokratik transformasiya prosesidir. Ulu öndər Heydər Əliyevin başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına, qanunauyğunluqlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr yerinə yetirilib. Bundan başqa, həyata keçirilən siyasi-hüquqi islahatlar da hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına mühüm töhfələr verib. Həmçinin ölkəmizdə bütün azadlıqların təmin olunması demokratik inkişaf nöqteyi-nəzərindən müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, demokratiya, vətəndaş cəmiyyəti ilə bağlı məsələlər sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə sıx bağlıdır. Vurğulanıb ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının ictimai maraqlara xidmət göstərməsi üçün hərtərəfli şərait yaradır. Prezident köməkçisi onu da bildirib ki, Azərbaycanda fikir və söz azadlığının qorunmasına, azad informasiya məkanının formalaşmasına xüsusi diqqət yetirilir. Əli Həsənov Əsas Qanunumuza görə, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətimizin ali məqsədi olduğunu vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
12 Oktyabr 15:00
Sosial
12 Oktyabr 14:58
Sosial
12 Oktyabr 14:42
Dünya
12 Oktyabr 14:40
Dünya
12 Oktyabr 14:15
Gündəm
12 Oktyabr 14:02
YAP xəbərləri
12 Oktyabr 13:56
Dünya
12 Oktyabr 13:34
YAP xəbərləri
12 Oktyabr 13:30
Hadisə
12 Oktyabr 13:10
Gündəm
12 Oktyabr 13:09
Gündəm
12 Oktyabr 13:01
Dünya
12 Oktyabr 12:43
Gündəm
12 Oktyabr 12:40
Dünya
12 Oktyabr 12:19
Gündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35

