/ / Siyavuş Novruzov: Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüslərini yüksək qiymətləndiririk
Siyavuş Novruzov: Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüslərini yüksək qiymətləndiririk
14.07.2016 [10:08]
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən bütün təşəbbüsləri müsbət qiymətləndiririk”. Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, Rusiyanın münaqişənin həllində fəallıq göstərməsini müsbət hal sayır. S.Novruzov qeyd edib ki, Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməsi, münaqişənin mərhələli həlli ilə bağlı təşəbbüsü, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri, keçirdiyi görüşlər müsbət addımdır: “NATO-nun Polşada keçirilən sammiti çərçivəsində Prezident İlham Əliyev ABŞ dövlət katibi Con Kerri, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü. Hesab edirəm ki, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və mərhələli formada həll edilməsi məsələsi müzakirə olunub. Aprel döyüşlərindən sonra Ermənistan, o cümlədən dünya ictimaiyyəti başa düşdü ki, dondurulmuş münaqişələr həll edilmiş münaqişələr demək deyil. Yəni münaqişə dondurulubsa, bu, istənilən an alovlana bilər. Bunun bariz nümunəsi aprel döyüşləridir. Digər tərəfdən də, erməni ictimaiyyətinin arxayınlığı vardı ki, müharibə başlayarsa, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Ermənistanın maraqlarından çıxış edəcəklər. Amma ermənilər şahidi oldular ki, dünya ictimaiyyəti Azərbaycan torpaqlarının işğal olunduğunu və müharibənin həmin torpaqlarda getdiyini etiraf etdilər. Beynəlxalq təşkilatlar bəyan etdilər ki, aprel döyüşləri Ermənistanın ərazisinə təcavüz deyil”.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan gec-tez öz torpaqlarını geri alacaq: “Dağlıq Qarabağ münaqişəsi uzun müddət davam edə bilməz. Azərbaycan 20 ildən artıqdır ki, atəşkəsə ümid bağlayıb. Çalışırıq ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Əgər qısa müddət ərzində bu münaqişə həllini tapmazsa, Azərbaycan alternativ variantlardan istifadə edə bilər. Ölkəmizin qüdrətli ordusu var, Azərbaycan regionun aparıcı dövlətidir, güclü iqtisadi inkişafı və potensialı var. Yəni Azərbaycan istənilən an işğal altında olan torpaqlarını azad edə bilər. Bu münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması Ermənistan üçün də yaxşı ola bilər. Yəni münaqişənin həllindən sonra Ermənistanla münasibətlər qurula, iqtisadi əlaqələr bərpa oluna bilər. Əslində, bu, Ermənistanın düşdüyü tənəzzüldən çıxması üçün şansdır”.
S.Novruzov vurğulayıb ki, dünyada bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: “Millətlərə öz müqəddəratını təyin etmək hüququ vermək düzgün yanaşma deyil. NATO-nun yaz, ATƏT-in Parlament Assambleyasının illik sessiyasında da bu məsələlərə toxunulub. Nəzərə almaq lazımdır ki, dünyada 3 minə yaxın millət var. Lakin onlardan 200-ə yaxınının dövləti var. Əgər millətlərin hər biri öz müqəddəratını həll etmiş olsa, o zaman dünyada çox böyük hərc-mərclik baş qaldırar. İkili standartla yanaşaraq, millətlərin öz müqəddəratını təyin etmək fikrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ortaya atılması doğru deyil. Dünyada baş verən hadisələr göstərdi ki, bu məsələ beynəlxalq hüququn predmetindən kənara çıxıb. Dağlıq Qarabağ münaqişəsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, Azərbaycanın 20 ildən artıq irəli sürdüyü tələbdir. Erməni xalqı öz müqəddəratını təyin edib. Rusiyada, Fransada, İranda yaşayan ermənilərin sayı Ermənistandakı ermənilərin sayından çoxdur. Bunlar həmin ölkələrdə öz müqəddəratlarını təyin etməklə məşğul olsalar, dünyada 10-dan artıq erməni dövləti olar. Bir daha qeyd edirəm ki, ermənilərin bu iddiası beynəlxalq hüquq prinsiplərinə ziddir”.
Qeyd edək ki, iyulun 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Keçirilən görüşlərdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.
Xəbər lenti
Hamısına baxElm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22

