Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan dövlətinin daha da inkişafına xidmət edir
27.07.2016 [10:00]
Millət vəkilləri hesab edirlər ki, Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hər biri mütərəqqi xarakter daşıyır
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. İyulun 25-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verib.
Dünən isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən ümumxalq səsverməsi 2016-cı il sentyabrın 26-na təyin edilib və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin bu Sərəncamda göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.
Bununla bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Sahibə Qafarova bildirib ki, ölkəmizin sürətli inkişafı, eləcə də beynəlxalq aləmə inteqrasiya indiki mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurətini meydana çıxarır. Millət vəkilinin sözlərinə görə, demokratik dəyərlərə üstünlük verən ölkələrdə zaman-zaman belə təşəbbüslər irəli sürülür: “Azərbaycanın hazırkı mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib. Eləcə də digər sahələrdə, o cümlədən idarəetmənin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Konstitusiyaya təklif olunan yeni dəyişikliklərdə də bu istiqamətlərdə daha geniş uğurların əldə olunması hədəflənib”.
S.Qafarova bildirib ki, təklif olunan dəyişikliklərdə bir çox məsələlər yer alır. Onun sözlərinə görə, bu dəyişikliklər idarətetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlərdə mühüm əhəmiyyət kəsb edəcək: “Hesab edirəm ki, bu dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına tam cavab verməklə yanaşı, yeni mərhələdə Azərbaycan dövlətinin inkişafının ardıcıllığının təmin olunmasına xidmət edir”.
Millət vəkili Sevinc Fətəliyeva qeyd edib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq. Onun sözlərinə görə, ölkəmizdə hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır: “Qeyd edilən layihədə idarəetmə sisteminin təkmilləşdirilməsi, hüquq və azadlıqların qorunması, hüquqlardan sui-istifadənin yolverilməzliyi, təhlükəsizliyin təmin olunması və digər məsələlər yer alıb. Bütövlükdə, konstitusiyaya dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsidir. Ümumiyyətlə, aparılan islahatlar birmənalı şəkildə ölkəmizin inkişafına xidmət göstərir. Bu baxımdan, son dövrlərdə bir sıra sahələrdə mühüm islahatların şahidi olmuşuq. Nəzərdə tutulan konstitusiya islahatları da bu sırada yer alır. Demokratik inkişaf modelinə malik olan Azərbaycanda da konstitusiyaya dəyişikliklərin edilməsi təqdirəlayiq haldır və bu, islahatlar siyasətinin tərkib hissəsi kimi xarakterizə edilir. Hesab edirəm ki, bu islahatlar Azərbaycanın milli gücünün daha da artmasına xidmət edəcək”.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Millət vəkili bildirib ki, Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə - təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur: “Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır. Və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15

