/ / Bakıda “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib
Bakıda “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib
01.09.2016 [09:42]
Avqustun 31-də Bakıda “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib. MSK sədri qeyd edib ki, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir. Bütün ölkəmiqyaslı tədbirlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianı əvəz edəcək digər bir vasitə yoxdur. Bu baxımdan bugünkü tədbirə xüsusi əhəmiyyət veririk.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir.
“25 illik müstəqillik dövründə Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Seçki və referendumların keçirilməsinə bilavasitə məsul olan MSK özünü təsdiqləmiş qurum kimi formalaşıb”, - deyən Prezidentin köməkçisi bu proseslərdə medianın iştirakının yüksək səviyyədə təmin edilməsinin dövlətin marağında olduğunu vurğulayıb.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov medianın cəmiyyətdə rolunun getdikcə artdığını, xüsusilə seçkilər və referendumlar zamanı onun üzərinə daha məsuliyyətli vəzifənin düşdüyünü diqqətə çatdırıb. O, MSK ilə KİV arasında sıx əməkdaşlığın qurulduğunu vurğulayıb. İndiyədək seçkilərin və referendumların işıqlandırılmasında KİV-lə bağlı hansısa problemin yaranmadığını qeyd edən N.Məhərrəmov referendumqabağı təşviqatda da hər hansı problemin ortaya çıxmasını gözləmədiklərini söyləyib. Şura sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir. Mətbuat Şurası Azərbaycanda keçirilən seçkilərdə və referendumlarda iştirak edərək böyük təcrübəyə yiyələnib. O, əmin olduğunu bildirib ki, referendum zamanı mətbuat nümayəndələri səsvermə ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, ictimaiyyətin obyektiv informasiya ilə təminatına öz töhfələrini verəcəklər.
Daha sonra MSK-nın sədr müavini Natiq Məmmədovun “Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Tədbir müzakirələrlə davam etdirilib.
Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın, beynəlxalq qurumların nümayəndələri, KİV rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53

