Əli Kərimlinin suçluluq psixologiyasından doğan etirafları...
02.09.2016 [09:56]
FETÖ ilə işbirliyi haqqında faktların ortaya çıxması AXCP sədrini çıxılmaz vəziyyətə salıb
Son günlərdə AXCP-nin Türkiyədə hərbi çevriliş cəhdi göstərmiş Fətullah Gülən şəbəkəsi ilə əlaqələrinin üzə çıxması və bunlarla bağlı faktların mediada işıqlandırılması bu partiyanın sədri Əli Kərimlini əməlli-başlı təlaşa salıb. FETÖ ilə bağlı olan AXCP üzvlərinin ard-arda ifşası, onların hüquq-mühafizə orqanları tərəfindən saxlanılması Ə.Kərimlini dalana dirəyib. Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı mobil operatorların bəzi əməkdaşları tərəfindən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə “Azərfon” MMC-nin operatoru vəzifəsində işləyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvandan maddi sübutlarla yanaşı, Fətullah Gülənin çıxışları, “Gülən camaatı” adlandırılan qrupun üzvləri və “Hizmət imamları” adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, “fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcıları aşkar edilib. Bundan başqa, AXCP sədrinin köməkçisi Faiq Əmirovun “Azadlıq” qəzetinin maliyyə direktoru kimi öz qulluq mövqeyindən sui-istifadə edərək “Hizmət hərəkatı”nın təəssübkeşləri ilə birlikdə, məzmununda “fətullahçılığı”, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə öz adının və mobil telefon nömrələrinin olduğu “Hizmət imamları” siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olunub. Bu baxımdan, F.Əmirovun yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin iştirakı ilə axtarış aparılıb. Axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə “Azadlıq” qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edildiyi kimi, FETÖ-Kərimli işbirliyinin ştrixlərinin ortaya çıxması AXCP sədrinin təşvişinə səbəb olub. Dünənə qədər FETÖ ilə əlaqələrini inkar edən Ə.Kərimli artıq özünü müdafiə etmək üçün başqa yollara əl atır. Belə ki, Ə.Kərimli artıq suçluluq psixologiyasından doğan etiraflar səsləndirməyə başlayır. Fətullah Gülənlə əlaqələri ilə bağlı yazılan faktları təkzib etməkdə aciz olan Ə.Kərimli haqqında yazılanları oxuduğunu və təəccüblənmədiyini bildirib. Bu da təbii haldır. Belə ki, Ə.Kərimli artıq anlayır ki, FETÖ ilə əlaqələrini heç cür gizli saxlaya bilməyəcək. Bu adam guya özünü müdafiə etmək üçün el təbirincə desək, hadisələri qabaqlamağa çalışır. Yəni, “hər zaman həbs olunma ehtimalımı mümkün saymışam”, - deyən Ə.Kərimlini belə düşünməyə məcbur edən onun suçluluq psixologiyasıdır. Axı o, özü öz əməllərindən xəbərdardır və bu mənada etdiyi əməllərin üstünün açılacağını bilir. Bu mənada hər zaman həbs olunma ehtimalının aktuallığını özü də anlayır.
AXCP sədri mətbuatın onu ölkədə “baş Gülənçi” elan etdiyini bildirir. Ortada faktlar mövcuddur. Ə.Kərimlinin gülənçi şəbəkəyə məxsus KİV-lərdə təbliğatının aparılması, Türkiyədə ifşa edilmiş gülənçi şəbəkə üzvləri ilə işbirliyində olması, bundan başqa, köməkçisinin, partiya üzvlərinin bu dəstəyə yaxınlığı kimi faktlar ortadadır. Ötən müddət ərzində isə Ə.Kərimli bu faktları inkar edəcək fikirlər səsləndirmir. Daha doğrusu, o, əks-arqumenti olmadığı üçün susmağa üstünlük verir. Son dövrlərdə isə AXCP sədri özünə yaxın insanların saxlanılmasından qorxuya düşərək öz “çulunu sudan çıxarmaq üçün” yenidən hadisələri siyasiləşdirməyə cəhd edir. Radikal müxalifət partiyasının rəhbəri olduğu üçün istənilən işi görə biləcəyini düşünən Ə.Kərimlinin məhz siyasi dona bürünməklə özünü xilas etməyə çalışması birmənalı şəkildə ortadadır.
Maraqlıdır ki, bir dəfə də olsun “mənim FETÖ şəbəkəsi ilə əlaqəm yoxdur” deyə bilməyən Ə.Kərimlinin bu cür təşvişə düşməsinə səbəb nədir? Demək ki, Ə.Kərimli FETÖ ilə yaxınlığının, hətta törətdiyi əməllərin tam şəkildə ifşa olunduğunu bilir.
Nəhayət, Ə.Kərimli özünü “müxalifətçi libasında” təqdim etməklə məsuliyyətdən yayınmağa çalışır. “Həbs olunmağım problemləri həll etməyəcək” deyən Ə.Kərimlinin son çırpıntıları da onu vəziyyətdən çıxara bilmir. Göründüyü kimi, sonuncu müsahibəsi ilə Ə.Kərimli əslində FETÖ ilə işbirliyində olduğunu etiraf edir...
Pərviz
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

