Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
04.10.2016 [09:51]
Oktyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədov Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Latviya nümayəndə heyətinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini söyləyib. Sədr parlamentlərarası münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Latviya prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisidir. İndiyədək ölkələrimiz arasında 34 sənəd imzalanıb, 8 sənəd isə imzalanma ərəfəsindədir. Milli Məclisin sədri mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulayıb. İqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu deyən sədr TAP və TANAP layihələri haqqında məlumat verib. O, iqtisadiyyat, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, eyni zamanda, turizm üzrə əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu vurğulayıb.
Oqtay Əsədov qonaqları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə də məlumatlandırıb. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı bu soyqırımını tanımaqla bağlı sənədlər qəbul ediblər.
Latviya Respublikası Seyminin sədri İnara Murnietse ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin inkişafından danışaraq Latviya qanunverici orqanında Azərbaycanla dostluq qrupunun 28 üzvünün olduğunu diqqətə çatdırıb. Latviya Seyminin sədri dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu vurğulayıb.
Görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

