/ / Əli Həsənov: İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının yaradılması Azərbaycan hökumətinin təşəbbüsüdür
Əli Həsənov: İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının yaradılması Azərbaycan hökumətinin təşəbbüsüdür
04.10.2016 [09:57]
“İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ideyası çoxdandır ki, müzakirə olunurdu. Bu haqda İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri informasiya nazirlərinin Qabonda, daha sonra İranda keçirilən görüşlərində təşəbbüs qaldırılıb və onun təsis edilməsi ilə bağlı o dövrdən bu günə qədər, təxminən beş ilə yaxındır ki, təşkilati işlər aparılıb. Bu təşəbbüsü ilk dəfə Azərbaycan hökuməti irəli sürüb. Tehran toplantısında mən bu haqda çıxış etdim və həmin təşəbbüsü irəli sürdüm ki, Azərbaycan bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə, qurumun gələcək katibliyinin Bakıda yerləşdirilməsinə hazırdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 3-də İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakıda keçirilən niyyət konfransı çərçivəsində jurnalistlərə müsahibə verən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
İslam ölkələri arasında jurnalistlərin həmrəyliyi, birliyi ideyasının çox aktual olduğunu bildirən professor Əli Həsənov müasir dünyada cərəyan edən proseslərin fonunda, xüsusən də son zamanlar İslam dininə, İslam ölkələrinə, İslam mədəniyyətinə qarşı ciddi təzyiqlərin və ədalətsiz təbliğatın aparıldığını vurğulayaraq deyib: “Dünyada islamafob meyillər getdikcə güclənməkdədir. Biz İslam dünyasının həqiqi reallıqlarını, mədəniyyətini, İslam xalqlarının tolerant və humanist xarakterini, o cümlədən İslam ölkələrində yaşanan proseslərin real mənzərəsini dünyaya çatdırmaq üçün ilk növbədə öz gücümüzdən istifadə etməliyik, İslam ölkələrinin jurnalistlərinin səylərini birləşdirməliyik. Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni bir daha qaldırdı ki, Qərbin və dünyanın müxtəlif guşələrində son zamanlar ciddi şəkildə qızışdırılan anti-İslam təbliğatının, o cümlədən islamafob meyillərin qarşısını almaq üçün biz İslam həmrəyliyi nümayiş etdirməliyik”.
“Düşünürəm ki, bugünkü niyyət konfransı kifayət qədər aktualdır. Bu gün burada İslam ölkələrini təmsil edən jurnalistlər, o ölkələrin rəsmi nümayəndələri, səfirlər iştirak edirlər. Biz tədbirdən sonra konfransın Bəyannaməsini və müraciətini İslam Əməkdaşlıq Təşkilatının katibliyinə, İslam ölkələrinin informasiya nazirlərinə göndərəcəyik. Düşünürük ki, 2017-ci ildə Bakıda bu Assosiasiyanın ilk təsis konfransını keçirək, onun katibliyini yaradaq”, - deyə Əli Həsənov əlavə edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

