Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13.10.2016 [10:08]
Oktyabrın 12-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova komitə tərəfindən 2016-cı il yaz sessiyası və növbədənkənar sessiyalar dövründə görülən işlər üzrə hesabat və həmin ilin payız sessiyasının qanunvericilik işləri barədə məlumat verib. Bildirib ki, ötən dövrdə İnsan hüquqları komitəsi üç iclas keçirib. İclaslarda 8 məsələyə baxılıb və onlardan 6-sı qanun layihələri olub. Hesabat dövründə komitəyə 802 müraciət daxil olub.
Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.
Daha sonra “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanunda nəzərdə tutulan dəyişikliyə əsasən sənədin 12-1-ci maddəsinə “dini ekstremist fəaliyyətlə məşğul olma” məzmununda 3-1-ci bənd və “Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir” məzmununda dördüncü hissə əlavə ediləcək.
“Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən dəyişikliyə görə isə Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyətinin əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi təklif olunur.
Layihəyə əsasən, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Hər iki qanunda nəzərdə tutulan dəyişikliklər “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.
Müzakirələr zamanı deputatlar sənədlə bağlı təkliflərini səsləndiriblər.
Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

