Akademik Qriqori Roytberq: Bakı Forumunda hər şey yaxşı təsir bağışlayırdı
14.10.2016 [10:17]
Azərbaycanın Rusiyadakı səfirliyinə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından minnətdarlıq məktubları gəlməkdə davam edir.
Belə məktublardan birinin müəllifi tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi, Rusiya Federasiyası Hökumətinin təhsil sahəsində Dövlət Mükafatı laureatı Qriqori Yefimoviç Roytberqdir.
Qriqori Yefimoviç “Meditsina” müalicə-diaqnostika mərkəzinin təsisçisi və prezidenti, “EFQM Awards 2012” müsabiqəsində Avropa Keyfiyyəti İdarəetmə Fondunun (EFQM) mükəmməllik mükafatının sahibidir. Q.Roytberqin Rusiya təbabətindəki xidmətləri sırasında ailə təbabəti şöbəsinin yaradılması da var. O, tibbi praktikada koronqrafiya və exokardioqrafiyanın tətbiqinin əsasını qoyanlardan biridir. Roytberq bir sıra monoqrafiya və məqalələrin müəllifidir.
Bakı Forumunun təşkilatçılarına ünvanlanan məktubunda Q.Roytberq belə bir nüfuzlu tədbirdə iştirak etmək imkanına görə təşəkkürünü bildirib və qeyd edib ki, “belə qüsursuz təşkilatçılıqda, qəbul edilən qərarların səviyyəsində və əməkdaşlıq atmosferində” hər bir şəxsin xidməti və rolunu fərqləndirmək çətindir. Akademik Roytberq yazır: “Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfə iştirak edirdim. Hər şey - bakılıların addımbaşı hiss olunan ənənəvi xoşməramlılığı da, siyasətçilərin çıxışları, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin nitqi də yaxşı təsir bağışlayırdı”.
“Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibbdə kadrların hazırlanması məsələləri: innovativ və etik problemlər” “dəyirmi masa”sının iştirakçısı kimi Q.Roytberq təbabətin inkişafı üçün belə görüşlərin vacibliyini qeyd edib. Akademik yazır: “Bir mütəxəssis kimi məni hər şeydən çox tədbirin ikinci günü heyran etdi. Həmin gün “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibbdə kadrların hazırlanması məsələləri: innovativ və etik problemlər” mövzusunda “dəyirmi masa”da müzakirə keçirildi. Nobel mükafatı laureatları, digər ölkələrin yüksəkixtisaslı mütəxəssisləri ilə ünsiyyət, belə bir mühitdə öz fikirlərini bildirmək imkanı sadəcə unudulmaz deyil, həm də gələcək iş və həyat üçün faydalıdır. Forumun belə uğurla keçirilməsinə görə təbrikimi və mənə göndərilən dəvətə görə minnətdarlığımı qəbul edin”.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 09:42
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22

