“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuzuncu cildi çapdan çıxıb
14.10.2016 [10:18]
“Biz müstəqillik baxımından gənc ölkəyik, lakin tariximiz və mədəniyyətimiz çox zəngindir. Əlbəttə ki, ölkəmizin bugünkü sürətli inkişafı, siyasi islahatlar, beynəlxalq birliyə inteqrasiya vacibdir. ...Hazırda iqtisadi göstəricilərimiz çox ümidvericidir. İqtisadi artım ən yüksək səviyyədədir.
Lakin bu regionda problemlər və narahatlıq doğuran məsələlər də var. Əsas məsələ isə Ermənistan ilə Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Torpaqlarımızın işğal altında qalması qəbuledilməzdir. Biz bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq, lakin məsələ yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycanın bütün əraziləri, o cümlədən Dağlıq Qarabağ erməni işğalçı qüvvələrindən azad edilməlidir”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 30-cu cildində yer alan bu fikirlər dövlətimizin başçısının 2008-ci il mayın 12-də İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin şərəfinə rəsmi qəbulda söylədiyi nitqindən götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2008-ci ilin aprelindən iyunadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Ukraynaya rəsmi səfəri zamanı Ukrayna Prezidenti ilə danışıqlarına, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru diplomu ilə təltif olunmasına, Kiyevdə “Naməlum əsgər” abidəsini, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətinə, Enerji Təhlükəsizliyi Məsələlərinə həsr olunmuş Sammitdə iştirakına, Finlandiyaya rəsmi səfərinə, Finlandiya Prezidenti, parlamentin sədri, Paaskivi Cəmiyyətinin üzvləri ilə görüşlərinə dair materiallar yer alıb.
Bu cilddə dövlətimizin başçısının ölkəmizə səfərə gəlmiş Moldova Prezidenti Vladimir Voronin, İordaniya kralı II Abdullah, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla, habelə Litvanın, Rusiya Federasiyasının, ABŞ-ın, Türkiyənin, Norveçin, Slovakiyanın, İranın, İsrailin, Böyük Britaniyanın və digər ölkələrin rəsmi nümayəndələri, beynəlxalq təşkilatlarda yüksək vəzifəli şəxslər, Nobel Xeyriyyə Fondunun prezidenti ilə görüşlərinə dair materiallar toplanıb.
Nəşrdə dövlətimizin başçısının Azərbaycanın yəhudi icmasına milli hüzn günü ilə bağlı müraciəti, Pravoslav Xristian icmasına Pasxa bayramı münasibətilə müraciəti, eləcə də bəyanatları, çıxış və nitqləri, məktubları da əksini tapıb.
Prezident İlham Əliyevin respublikamızda aparılan quruculuq işləri ilə yaxından tanışlığına, regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasına səfəri zamanı burada turizm və idman mərkəzlərinin, məişət obyektlərinin, xəstəxana və digər mədəniyyət ocaqlarının açılışında iştirakına dair, bu ərəfədə Naxçıvan Muxtar Respublikasına səfərə gəlmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla iki qardaş dövlət arasında əlaqələrin inkişafı istiqamətində apardığı müzakirələrə və bir çox digər məsələlərə aid materiallar da bu cilddə yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 30-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49

