/ / Azərbaycanın sürətli tərəqqisi və qazanılan nailiyyətlər milli inkişaf siyasətinin qanunauyğun nəticəsidir
Azərbaycanın sürətli tərəqqisi və qazanılan nailiyyətlər milli inkişaf siyasətinin qanunauyğun nəticəsidir
27.10.2016 [09:43]
Əli Həsənov: Ötən illər ərzində Prezident İlham Əliyev ölkəmizin geosiyasi vəzifələrinə və inkişaf ehtiyaclarına uyğun fəaliyyət konsepsiyasını və strategiyasını, dövlətin daxili və xarici siyasətinin prioritetlərini, istiqamət və vəzifələrini düzgün müəyyənləşdirmiş, respublikamızı beynəlxalq və regional münasibətlər sistemində fəal təmsil etmişdir
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və rasional daxili, xarici siyasət kursunun həyata keçirilməsidir.
Bu kontekstdə Azərbaycanın unikal və universal təcrübəsi xüsusi olaraq qeyd edilməlidir. Belə ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq miqyasda milli iqtisadi inkişaf modelinə və dinamik tərəqqiyə malik olan, həmçinin demokratik siyasi sistemə sahib olan dövlət kimi tanınır. Ümumiyyətlə, milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Əlbəttə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Trend”ə müsahibəsində qeyd edib ki, ötən illər ərzində Prezident İlham Əliyev ölkəmizin geosiyasi vəzifələrinə və inkişaf ehtiyaclarına uyğun fəaliyyət konsepsiyasını və strategiyasını, dövlətin daxili və xarici siyasətinin prioritetlərini, istiqamət və vəzifələrini düzgün müəyyənləşdirmiş, respublikamızı beynəlxalq və regional münasibətlər sistemində fəal təmsil etmişdir.
Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir
Bunlarla yanaşı, 25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Bütövlükdə, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ötən müddət ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olub. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi: “Keçən müddətdə Azərbaycanın regionda və dünyada nümayiş etdirdiyi balanslı, praqmatik xarici siyasi kurs, reallaşdırdığı uğurlu neft, transmilli enerji və nəqliyyat-kommunikasiya siyasəti, həyata keçirdiyi regional və milli təhlükəsizlik strategiyası, Avropa İttifaqı, NATO, ATƏT, MDB, İƏT və s. beynəlxalq, regional qurumlarla yaratdığı tərəfdaşlıq münasibətləri, Avropa Şurasına və Qoşulmama Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiyalara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərin icrası ölkəmizin xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər kimi çıxış etmişdir”.
Tolerantlıq nümunəsi olan Azərbaycanın təcrübəsi multikultural dəyərlərin təbliğində müstəsna əhəmiyyət kəsb edir
Sadalananlara paralel olaraq ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Eyni zamanda, tolerantlıq nümunəsi olan Azərbaycanın təcrübəsi multikultural dəyərlərin təbliğində müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məsələyə toxunaraq deyib ki, əlverişli coğrafi məkanda yerləşən Azərbaycan dünyada zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı mövcud olduğu çoxmillətli, çoxkonfessiyalı dövlət kimi tanınır: “Ölkəmizin qədim dövlətçilik tarixində multikulturalizmin özünə mühüm yer tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin zənginləşməsinə təsir göstərir və mədəniyyətlərarası dialoq üçün münbit şərait yaradır. Azərbaycanda yaşayan müxtəlif etnoslar arasında qarşılıqlı inam və hörmət hissinin, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs multikulturalizmin inkişafını, fərqli etnik və dini icma nümayəndələrinin müstəqil Azərbaycan dövləti ətrafında birləşməsini təmin edir. Ölkəmizdə multikulturalizmin inkişaf etməsi dünyanın sülhsevər dövlətləri və beynəlxalq təşkilatları tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi respublikamızda mədəniyyətlərarası dialoqa və tolerant dəyərlərə böyük əhəmiyyət verildiyinin bariz ifadəsidir”.
Postneft dövrünün tələblərindən irəli gələn strateji kurs milli inkişafa xidmət edir
Müstəqil Azərbaycanın strateji inkişaf paradiqmalarından biri də qarşıdakı dövrdə dayanıqlı inkişafı təmin etmək üçün siyasi və iqtisadi islahatların paralel aparılması, eyni zamanda, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsidir. Məhz bu, yeni mərhələdə - postneft dövründə strateji zərurət kimi çıxış edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan dünyada baş verən yeniliklərə, ən son texnologiyalara açıq olan ölkə kimi özünün müasir simasını formalaşdırmaqdadır. Hazırda ölkəmizin müasir siması yalnız qlobal risklərə möhkəm dayanıqlılıq üçün etibarlı zəmin yaradan dinamik sosial-iqtisadi inkişafla səciyyələnmir. Azərbaycan, eyni zamanda, gələcək inkişaf paradiqmalarını məhz müasir dövrün yeni çağırışlarına uyğun müəyyənləşdirir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi: “Hazırda postneft dövrünün tələblərindən irəli gələrək ölkədə həyata keçirilən siyasətin - siyasi və iqtisadi islahatların da əsas hədəfi, ilk növbədə, çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən ibarətdir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

