/ / Milli Məclisdə Azərbaycan-Türkiyə, Azərbaycan-Fransa münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Milli Məclisdə Azərbaycan-Türkiyə, Azərbaycan-Fransa münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılıb
04.11.2016 [10:05]
Noyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoral ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr qonağı qardaş Türkiyənin Azərbaycanda səfiri təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bildirilib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Spiker əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. O, V çağırış Milli Məclisin sədri kimi ilk rəsmi səfərini də məhz Türkiyəyə etdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıq ənənə halı alıb. Bu, təcrübə və informasiya mübadiləsi baxımından olduqca önəmlidir.
Oqtay Əsədov səfirin gələcək fəaliyyətində onsuz da yüksək səviyyədə olan siyasi, iqtisadi, mədəni, humanitar, elmi və sosial sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsində əlindən gələni əsirgəməyəcəyinə inamını ifadə edib.
Qeyd edilib ki, mühüm əhəmiyyət daşıyan TANAP və TAP layihələrinin həyata keçirilməsində hər iki ölkə fəal iştirak edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olub. “Cənub Qaz Dəhlizi” layihəsinin müvəffəqiyyətlə başa çatması isə bu sahədə mühüm uğur olacaq.
Sədr Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası nəticəsində bütün türk dünyasının yeni “Dəmir İpək Yolu” ilə birləşəcəyini, ölkələrimizin beynəlxalq aləmdə önəminin daha da artacağını bildirib.
Səfir Erkan Özoral Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, bu yolda gərəkli addımlar atacağını deyib. Bildirilib ki, dost və qardaş Türkiyə ilə Azərbaycan arasında həll olunmamış heç bir problem yoxdur. Bizim münasibətlərimiz digər ölkələr üçün də nümunə ola bilər.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, regiondakı ictimai-siyasi durum və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez ilə də görüşüb.
Sədr qonağa yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb, Fransa ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə daha yüksək səviyyəyə qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyinə inamını bildirib. O, səfirə bu şərəfli və məsuliyyətli işində uğurlar diləyib.
Qeyd edilib ki, münasibətlərimizin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynayıb. Bu günədək ölkələrimiz arasında 50-yə yaxın hüquqi sənəd imzalanıb.
Bakıda Fransız Liseyinin fəaliyyət göstərməsi və ötən il Azərbaycan-Fransız Universitetinə dair niyyət sənədinin imzalanması xalqlarımızın ümumi məqsədlərinə xidmət edir. Bu gün Azərbaycanda 40-a yaxın fransız şirkəti səmərəli fəaliyyət göstərir. Azərbaycan-Fransa İqtisadi Komissiyası iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Sədr münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisi Fransa parlamenti ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etməsi buna parlaq misaldır.
Bu gün hər iki ölkənin deputatları nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir, tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
Spiker ümidvar olduğunu bildirib ki, səfir ölkələrimiz arasında əldə olunmuş nailiyyətlərin daha da dərinləşməsinə öz diplomatik fəaliyyəti dövründə yeni töhfələr verəcək.
Orelia Buşez Azərbaycanda fəaliyyətə başlamasından məmnun olduğunu söyləyib, bir diplomat kimi Fransa-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Qeyd edilib ki, Fransa Qafqazın bu bölgəsi ilə münasibətlərin inkişafına böyük maraq göstərir və Azərbaycanı özünə dost ölkə hesab edir. Təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar var. Bu niyyətlərin baş tutması xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

