Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / UNESCO-da Dünya Xəbər Agentliklərinin V Konqresində müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb

UNESCO-da Dünya Xəbər Agentliklərinin V Konqresində müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb

09.11.2016 [00:14]

Noyabrın 8-də Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov qurumun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.
Görüşdə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək.
Dünya Xəbər Agentliklərinin V Konqresi barədə fikir mübadiləsi aparılıb. AZƏRTAC-ın 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcəyi bildirilib. Söhbət zamanı V Konqresdə müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışılıb və UNESCO-nun nümayəndəsinin tədbirdə iştirakının önəmi qeyd edilib.
Diqqətə çatdırılıb ki, UNESCO-nun baş direktoru İrina Bokova Konqres iştirakçılarına videomüraciət ünvanlayacaq. Səfir Anar Kərimov buna görə UNESCO-nun baş direktoruna minnətdarlığını bildirib.
Qetaçyu Enqida Dünya Xəbər Agentliklərinin V Konqresinə dəvətə görə təşəkkür edib, bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30