“Egemen Qazaxıstan” qəzetində Heydər Əliyev Fondunun fəaliyyəti barədə məqalə dərc edilib
15.11.2016 [10:09]
Qazaxıstanın dövlət qəzeti - “Egemen Qazaxıstan”da Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunan “Xoş niyyət sərhəd tanımır” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin bütün istiqamətləri ətraflı təhlil olunub.
Yazı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Heydər Əliyev Fondunun xatirə kitabına yazdığı qeydlərlə başlayır: “Heydər Əliyevin xatirəsi xalqın qəlbində daim yaşayacaq. O, bütün həyatını xalqının rifahına, millətinin dirçəlişinə həsr etdi və ölməzlik qazandı”.
Oxucuların diqqətinə çatdırılır ki, hələ Fondun fəaliyyətə başlamasının cəmi 1 ili tamam olduğu zaman - 2005-ci ilin mayında Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayev Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Fondunda olub, Fondla tanışlıqdan sonra xatirə kitabına qazax dilində ürək sözlərini yazıb. Fondda Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillərlə, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirlərinin yer aldığı və Onun haqqında yazılan kitablarla tanış olan Prezident Nursultan Nazarbayev Heydər Əliyevlə görüşlərdə birgə çəkdirdikləri şəkillərə də böyük maraq göstərib. Nursultan Nazarbayev Qazaxıstanın azadlıq rəmzi olan abidənin maketini Fondun prezidenti Mehriban Əliyevaya təqdim edib.
Məqalədə vurğulanır ki, bütün ömrünü Azərbaycanın inkişafına və güclənməsinə həsr edən Heydər Əliyevin həyat yolu, Onun ideyaları indi həm dövlətin siyasi kursu kimi ən ali səviyyədə, həm də Ulu öndərin adını daşıyan Fond tərəfindən davam etdirilir. 2004-cü ildə əsası qoyulan və 12 ildir uğurla fəaliyyət göstərən Fond ölkənin xaricdə təbliğinə dəstək verərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir.
Qazaxıstanın ən çoxtirajlı nəşrində Fondun məqsədləri diqqətə çatdırılır, onun böyük dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradıldığı vurğulanır. Bildirilir ki, Fond Azərbaycan cəmiyyətinin mənəvi saflığı və yüksəlişi, milli mədəniyyətin yad təsirlərdən qorunması kimi ali dəyərlərə hesablanan xoşməramlı bir missiyanın daşıyıcısıdır. Yarandığı gündən inkişafa və xalqın rifahına xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına kömək edən Fond Azərbaycan mədəniyyətinin təbliği və qorunması ilə bağlı işlərə kömək olur.
Məqalədə Heydər Əliyev Fondunun xalqın milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməklə yanaşı, Azərbaycanın xaricdə təbliği, mədəniyyət, elm, təhsil, səhiyyə, ekologiya və idman sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirdiyi vurğulanır. Fondun fəaliyyəti, eyni zamanda, xüsusi qayğıya ehtiyac duyan insanlara kömək göstərilməsinə, insanlara xeyirxahlıq, nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına, habelə ölkədə multikulturalizmin dəstəklənməsinə yönəlib.
Oxucuların diqqətinə çatdırılır ki, Heydər Əliyev Fondunun fəaliyyətə başlaması bu ölkədə böyük tarixə malik xeyriyyəçilik və maarifçilik ənənələrinin də yenidən dirçəlməsi ilə müşayiət olunub. Bu ideyanın öncülü olan Mehriban Əliyeva fəaliyyətinin elə ilk dövrlərində sübut edib ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür.
Məqalə bu fikirlə yekunlaşır: “Fond təkcə Azərbaycanda deyil, bölgədə və bütün dünyada dini və etnik tolerantlığın bərqərar olmasına çalışır, vətəndaş cəmiyyəti quruculuğuna dəstək verir və qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

