Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İkinci sessiya: Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları

İkinci sessiya: Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları

17.11.2016 [10:01]

Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində keçirilən “Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları” mövzusunda ikinci sessiyasına moderatorluq edən OANA-nın baş katibi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman müzakirə olunan mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb. O, Konqresin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırıb.
Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-Hvanq əməkdaşlığa görə tərəfdaş agentliklərə minnətdarlığını bildirib, Dünya Xəbər Agentliklərinin Bakı Konqresini əlaqələrin genişləndirilməsinə kömək edən platforma olduğunu qeyd edib. Media texnologiyalarının inkişafından və mühüm rolundan, sosial şəbəkələrin genişlənməsindən söz açan Park No-Hvanq bu baxımdan 2018-ci ildə Koreya Respublikasında keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı hazırlanan layihə barədə məlumat verib. Bildirib ki, bu layihəyə çoxlu sayda xəbər agentlikləri qoşulacaq və dünya ictimaiyyəti Oyunların gedişi ilə bağlı məlumatlandırılacaq. Texnoloji imkanlar sahəsində də dəyişikliklərin baş verdiyini qeyd edən Yonhap agentliyinin prezidenti bildirib ki, artıq qəzetlər də elektron formatda nəşr olunur ki, bu da oxucuların sayının artmasına gətirib çıxarmaqla yanaşı, media nümayəndələrindən yeni bacarıqlara yiyələnməyi və təkmilləşməyi tələb edir.
Avstraliyanın AAP agentliyinin baş redaktoru Toni Gillies vurğulayıb ki, biz sürətlə inkişaf edən və dəyişən mühitdə yaşayırıq. Sənayeyə və iqtisadiyyata ciddi təsir göstərən bu dəyişikliklər şübhəsiz ki, mediadan da yan ötməyəcək. Bütün bunların nəticəsində informasiya sahəsində mobil vasitələrdən istifadə getdikcə genişlənəcək. Yeni texnologiyaların inkişafı bu prosesdən əldə olunan səmərəni nəzərdə tutur.
Müasir dövrdə xəbərin hazırlanması qaydalarından söz açan T.Gillies diqqətə çatdırıb ki, informasiyanın istifadəçilərin marağı ilə üst-üstə düşməsi üçün yeni xəbər formalarından istifadə olduqca vacibdir. Bu məsələdə xəbər agentliklərinin üzərinə məsuliyyətli vəzifə düşür. Unutmaq lazım deyil ki, istehlakçılar təkcə qaynar xəbərləri deyil, həm də idman, parlament və digər sahələr üzrə xəbərləri də izləyirlər. Ona görə də istənilən xəbərin hazırlanması zamanı saxtakarlıq etmək yolverilməz haldır.
Böyük Britaniyanın Press Association agentliyinin baş redaktoru Peter Klifton rəhbərlik etdiyi qurumun fəaliyyətindən və əldə etdiyi təcrübədən danışıb. O deyib ki, 150 illik tarixi olan bu agentliyin əsas prinsipləri çeviklik və dəqiqlikdir. P.Klifton xəbərin hazırlanması prosesi, bu sahədə istifadə edilən proqram təminatları barədə məlumat verib. Yeni texnologiyalardan istifadə ilə yanaşı, jurnalistlərin bilik və bacarıqlarının artırılmasının da vacib amillərdən olduğunu diqqətə çatdıran baş redaktor bildirib ki, bununla əlaqədar əməkdaşlar üçün təlim kursları keçirilir, mütəxəssislərin köməyi ilə onların bilik və bacarıqları təkmilləşdirilir.
Dünya Xəbər Agentliklərinin Konqresində ilk dəfə iştirak etdiyini söyləyən İranın İRNA agentliyinin baş direktoru Məhəmməd Xodadi tədbirə dəvət olunduğu üçün Azərbaycana minnətdarlığını bildirib, həmkarları ilə görüşdən məmnunluğunu ifadə edib. Konqresin əhəmiyyətindən söz açan M.Xodadi deyib ki, burada xəbər agentliklərinin gələcəyinin necə olacağı müzakirə edilir. Olduqca mürəkkəb olan bu gələcək çağırışlarla doludur. Cəmiyyətdə medianın böyük rol oynadığını diqqətə çatdıran İRNA agentliyinin baş direktoru vurğulayıb ki, müasir texnologiyalar əsrində media təmsilçilərindən yeni bacarıqlara yiyələnmək, yazı üsullarını dəyişmək tələb olunur. Artıq köhnə üsullarla işləmək keçmişdə qalıb. Mobil vasitələrdən istifadə gündən-günə genişlənir. Sosial media ictimaiyyətə açıq olan şəbəkədir. Buna görə də bu şəbəkənin imkanlarından istifadə etmək, bacarıqları təkmilləşdirmək, yazı üslubunu dəyişmək vacibdir.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30