Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rumıniya agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin müstəqilliyimizin bərpasının 25 illiyi ilə bağlı məqaləsini yayıb

Rumıniya agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin müstəqilliyimizin bərpasının 25 illiyi ilə bağlı məqaləsini yayıb

29.11.2016 [09:24]

Rumıniyanın “Amosnews” xəbər agentliyi AZƏRTAC-ın xüsusi müxbiri İqbal Hacıyevin dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan - müstəqillikdən yüksək inkişafa doğru” sərlövhəli məqaləsini yayıb. Müəllif məqalədə Azərbaycanın müstəqillik tarixi, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması, ölkənin ağır vəziyyətdən çıxması və inkişafı istiqamətində gördüyü işlər barədə məlumat verir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayır.
Məqalədə Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələrindən, ölkəmizin iqtisadi nailiyyətlərindən də söhbət açılır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdırır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, münaqişənin bütövlükdə regionun inkişafına mane olduğunu vurğulayır.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Sosial

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31