/ / “Sərhədsiz Reportyorlar”ın qərəzli bəyanatları ermənipərəst mərkəzlərin sifarişi əsasında hazırlanıb
“Sərhədsiz Reportyorlar”ın qərəzli bəyanatları ermənipərəst mərkəzlərin sifarişi əsasında hazırlanıb
08.12.2016 [10:09]
Media nümayəndələri ölkəmizdə KİV-in azad fəaliyyəti üçün münbit şəraitin yaradıldığını bildirirlər
Xəbər verildiyi kimi, erməni lobbisinin sifarişi əsasında fəaliyyət göstərən “Sərhədsiz Reportyorlar” adlı təşkilat ölkəmiz haqqında yenidən yalan dolu, qeyri-obyektiv “bəyanat” yayıb. Belə ki, Azərbaycana qarşı hər zaman şər-böhtan kampaniyası aparan, subyektivliyi, qərəzi ilə seçilən bu təşkilat növbəti “bəyanat”ında da faktları təhrif edərək ölkəmizlə bağlı gülünc iddialar irəli sürüb.
Məsələ ilə bağlı fikirlərini bölüşən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev hüquqi, demokratik, dünyəvi, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşmasını, insanların azad, sərbəst yaşamasını, qanunun aliliyinin, söz azadlığının qorunmasını, medianın inkişafını təmin edən normativ hüquqi bazanın yaradıldığını deyib. Onun sözlərinə görə, Azərbaycanda KİV nümayəndələrinə qarşı heç bir təzyiq yoxdur: “Burada hər hansı bir araşdırmadan söhbət belə gedə bilməz. Onların bəyanatları qeyri-obyektivdir. Maraqlıdır ki, bu cür ermənipərəst mərkəzlər hətta konkret cinayətdə ittiham olunan bir sıra şəxsləri belə “mətbuat işçisi” elan edir, məsələni siyasiləşdirməyə çalışır. Bu dəfə də analoji yalanlarla çıxış etməyə çalışırlar. Amma bu, mümkün deyil. Ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir. Bu mənada bütün vətəndaşlar qanunun tələblərinə riayət etməlidirlər. O ki qaldı “mətbuata qarşı məhdudiyyətlər” məsələsinə, bu da yalandır. Bu gün internet media olduqca sürətlə inkişaf edir, yaranan saytların sayı artıq 400-ü keçib. Sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur, Azərbaycan əhalisinin mütləq əksəriyyəti internet istifadəçisidir və öz fikirlərini internet üzərindən yaymaq imkanına malikdir. Belə olan halda “Sərhədsiz Reportyorlar” adlı təşkilatın bəyanatı heç bir həqiqəti əks etdirmir və qərəzlidir”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Sərhədsiz Reportyorlar” adlı təşkilatın davamlı olaraq bu kimi təxribatlara əl atdığını diqqətə çatdırıb. “Sərhədsiz Reportyorlar”ın bu günə qədər bir milyona yaxın azərbaycanlının hüquqlarından məhrum edilməsi ilə bağlı bir cümlə belə səsləndirmədiyini önə çəkən E.Mirzəbəyli ölkəmizdə mətbuatın vəziyyəti ilə bağlı verilən bəyanatların qərəzli və yalan olduğunu deyib. Onun sözlərinə görə, bu gün ölkəmizdə mətbuata qarşı hər hansı bir məhdudiyyətdən söhbət belə gedə bilməz. Baş redaktor qeyd edib ki, Azərbaycanda mətbuatın azad şəkildə fəaliyyəti üçün tamamilə münbit şərait mövcuddur, dövlət medianın inkişafına təmənnasız dəstək verir: “Belə olan halda “Sərhədsiz Reportyorlar”ın apardığı təxribat xarakterli qarayaxmaların birmənalı şəkildə ermənipərəst mərkəzlərdən sifariş edilməsi bir daha ortaya çıxır. Fikrimcə, bu təşkilat erməni diasporu və lobbisi tərəfindən idarə olunur. Media adı altında konkret cinayət əməlinin törədilməsi, vergidən yayınılması, qrantların mənimsənilməsi, eləcə də şəxsi zəmində baş verən cinayət əməlləri peşə fəaliyyəti ilə əlaqələndirilməməlidir. Bu kimi faktların mətbuat və söz azadlığına heç bir aidiyyəti yoxdur. Bunlar hüquqi məsələlərdir. Hüquqi məsələlərə münasibət isə hər yerdə eynidir. Bu məsələlərə görə şəxsin hansı peşə sahibi olmasına diqqət yetirmirlər. Nədənsə belə “faktlar” yalnız Azərbaycana münasibətdə yada düşür və dərhal bəlli çevrələrin üzvləri ölkəmizə qarşı təxribat xarakterli addımlar atmağa çalışırlar”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

