Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir
14.12.2016 [10:22]
Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma və imkan kimi baxır
Müstəqil Azərbaycan bütün tərəfdaşlarla xoş mərama əsaslanan xarici siyasətində Yaxın Şərqin aparıcı dövlətlərindən olan İsraillə əlaqələrin daha da dərinləşməsinə böyük önəm verir. İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir. Qeyd edək ki, Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Bu iki ölkə arasında qarşılıqlı faydalı münasibətlər, eyni zamanda, dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. İki ölkə arasında xoş münasibətlərin konkret istiqamətləri üzrə əlaqələr həm Azərbaycanın, həm də İsrailin milli maraqlarını təmin edərək getdikcə yeni çalarlarla daha da zənginləşir.
Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir
Azərbaycanla İsrail arasında münasibətlərin geostrateji önəmi ilə yanaşı, iqtisadi əhəmiyyəti də diqqəti çəkən məqamlardandır. Azərbaycan bir sıra digər ölkələr kimi, İsrailin də enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. Məlumat üçün bildirək ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın müdafiə-silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.
Halbuki, bu sözləri qonşu İran barədə söyləmək mümkün deyil. İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, indiyə kimi bu ölkədə Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb.
İsraillə yaxın münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir
Məlumdur ki, indiki mərhələdə öz həqiqətlərini dünya miqyasında təbliğ etmək, ölkəmizin dostlarının sayını artırmaq Azərbaycan üçün çox vacib məsələdir. Bu baxımdan Azərbaycan-İsrail əlaqələrinin aktuallığını xüsusi vurğulamaq lazımdır. İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər və bu məqsədlə mütəmadi olaraq müxtəlif səpkili tədbirlər həyata keçirirlər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.
Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər.
Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər
Məlumdur ki, son vaxtlarda qlobal miqyasda müxtəlif mədəniyyətlər və dinlər arasında münasibətlərin arzuolunan səviyyədə olmaması dünyada mənfi tendensiyaların, milli, dini, irqi cəhətlərə görə təhdid hallarının artmasına təsirsiz ötüşmür. Dünyanın bu kimi mənfi meyillərin güclənməsindən ciddi narahatlıq keçirdiyi bir dönəmdə Azərbaycan öz timsalında müxtəlif ölkələrə nümunəvi birgəyaşayış, multikulturalizm modeli təqdim edir. Ölkəmiz milli-dini fərqlərə baxmayaraq, dünyanın bütün xalqları arasında mehriban qardaşlıq münasibətlərinin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Bu baxımdan Azərbaycan-İsrail əlaqələrinin önəmi də diqqəti çəkir. Ölkəmizin İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər.
Sonda qeyd edək ki, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma və imkan kimi baxır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57

