/ / Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib
Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib
17.12.2016 [12:37]
Əli Əhmədov: Ölkəyə gətirilən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir
Dünən Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar. Müşavirədə çıxış edən Baş nazirin müavini Əli Əhmədov dərman vasitələrinin dövlət tərəfindən tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib: “Ölkə Prezidentinin tapşırığı ilə dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında qərar qəbul edilib. Bu qərar hər şeydən əvvəl Azərbaycan vətəndaşlarının maraq və mənafelərinin qorunması məqsədlərinə xidmət edir. Çünki dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə qədər dərman bazarında qiymətlər dərmanların maya dəyəri ilə müqayisədə xeyli yüksək qiymətə satılırdı. Təbii ki, bu da vətəndaşların büdcəsinə təsir edirdi. Buna görə də hökumət qiymətlərin dövlət tərəfindən tənzimlənməsi haqqında qərar verdi. Bu qərar heç də sahibkarların maraqlarına qarşı çevrilməyib. Həmin qərar qəbul edilərkən ciddi şəkildə təhlil edildi, dərman idxal edən şirkətlərlə müzakirələr aparıldı. Nəticədə həm əhaliyə, həm də sahibkarlara ziyan verməyəcək formul əsasında qiymətlərin tənzimlənməsi mexanizmi hazırlandı. Artıq bu qərarın verilməsindən xeyli müddət keçib və bu yeni model oturuşur. Ən əsası ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bu qərardan məmnundurlar”.
Bütün bunlarla yanaşı, Baş nazirin müavini qeyd edib ki, dərman bazarında keyfiyyətlə əlaqədar problemlər yaranması ilə bağlı məlumatlar daxil olmaqdadır. Onun sözlərinə görə, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi onların keyfiyyətinə mənfi təsir göstərən amilə çevrilməməlidir: “Əks halda, çox əhəmiyyətli bir dövlət siyasətinin mahiyyəti təhrif edilmiş ola bilər. Ona görə də qəti şəkildə imkan verməməliyik ki, dərmanların keyfiyyəti ilə əlaqədar problemlər ortaya çıxsın. Çünki dərman insanların sağlamlığı üçün müstəsna əhəmiyyət kəsb edir. Dərmanların keyfiyyətini insanların özləri yoxlaya bilmirlər. Keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsi onu gətirən sahibkarların təkcə öz işinə məsuliyyətsiz yanaşması deyil, bu həm də cinayətdir. Bütövlükdə, dərman idxal edən şirkətlər bu məsuliyyəti dərk etməli, müvafiq dövlət qurumları da dərman vasitələrinin keyfiyyətinə nəzarəti ciddi şəkildə artırmalıdırlar. Ölkəyə keyfiyyətsiz dərman gətirənlərə, həm də qaçaqmalçılıq yolu ilə dərman gətirmək istəyənlərə qarşı sərt addımlar atılmalıdır. İmkan vermək olmaz ki, kimlərsə Azərbaycan vətəndaşlarının sağlamlığına böyük zərbə vursun”.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə sahibkarlığın inkişafı ilə əlaqədar mühüm qərarların qəbul edildiyini xatırladan Əli Əhmədov bu qərarlar sırasında qanunsuz yoxlamaların qarşısının alınmasının da olduğunu bildirib. “Sahibkarlar üçün yaradılmış geniş imkanlardan sui-istifadə edilməməlidir. Ona görə də ölkəyə gətirilən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Çünki əhalinin sağlamlığı ölkə Prezidentinin həyata keçirdiyi siyasətinin ən vacib məqsədlərindən biridir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb. Əli Əhmədov bu müəssisələrin nümayəndələrinə öz tövsiyələrini də verib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev və digər çıxış edənlər də ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğunu və bu cür neqativ hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

