Rusiya jurnalında “Əsrin müqaviləsi” haqqında məqalə dərc edilib
23.12.2016 [09:45]
Xəbər verdiyimiz kimi, Moskvada nəşr edilən “Sovremennaya nauçnaya mısl” adlı nüfuzlu elmi jurnalın xüsusi buraxılışı çapdan çıxıb. Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun nəşrlərindən biri olan bu jurnalın xüsusi buraxılışı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.
Azərbaycanın milli bayramı ərəfəsində Rusiya institutunun idarə heyəti və jurnalın redaksiyası Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası ilə birlikdə tarix məsələlərinə və müasir Azərbaycanın nailiyyətlərinə həsr edilmiş xüsusi tematik nömrə hazırlamağı qərara alıblar. Xatırladaq ki, jurnalın xüsusi buraxılışı Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Yaqub Mahmudovun “Prezident İlham Əliyev müasir inkişafın Azərbaycan modelinin qurucusudur” adlı məqaləsi ilə açılır.
AMEA-nın Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, jurnalın bu nömrəsinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Azərbaycan Respublikasının neft siyasətinin formalaşması və reallaşması” məqaləsi də daxildir.
Məqalədə Azərbaycan Respublikasının neft siyasətinin tarixi işıqlandırılıb. Əsas diqqət 1994-cü ildə dünyanın 6 ölkəsini təmsil edən ən iri 10 neft şirkətinin daxil olduğu konsorsiumla “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etmiş danışıqların tarixinə yönəldilir. Müəllif bu kontraktın şərtlərini və sonrakı dövrdə ona düzəlişləri təhlil edərək belə bir nəticəni əsaslandırır ki, neft kontraktının işlənib hazırlanması və reallaşdırılması prosesində Azərbaycan özünün iqtisadi və siyasi maraqlarının qorunmasını təmin edib, beynəlxalq mövqelərini möhkəmləndirib.
Xatırladaq ki, Ərəstun Mehdiyev namizədlik dissertasiyasını 1990-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində müdafiə edib. Bu tədqiqatın mövzusu XIX əsrin son 30 ilində Bakı neft sənayesinin təşəkkülündə Rusiya kapitalının rolu ilə bağlı idi.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

