Bakıda TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi olub
23.12.2016 [09:43]
Dekabrın 22-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov iştirak ediblər.
Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları mənzil-qərargahda yaradılan şəraitlə tanış olublar. Binada TürkPA Beynəlxalq Katibliyinin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Sonra tədbirdə TürkPA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov ortaq parlament məclisi olan TürkPA-nın Beynəlxalq Katibliyinin mənzil-qərargahının fəaliyyətə başlaması münasibətilə tədbir iştirakçılarını təbrik edib, katibliyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan dövlətinin Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə ilk gündən böyük diqqət və qayğı göstərdiyini bildirən Milli Məclisin sədri deyib: “Bu binanın inşası ilə bağlı bütün xərcləri Azərbaycan hökuməti öz üzərinə götürmüşdü. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə TürkPA adından dərin minnətdarlığımızı bildirirəm”.
Qeyd edilib ki, ortaq parlament məclisi dövlətlərimizin siyasi əlaqələrinin dərinləşməsinə, eləcə də parlamentlərimiz arasında əməkdaşlığın inkişafına dəyərli töhfələr verib və verməkdədir.
TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin çıxışında Bakıda TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahı üçün müasir standartlara cavab verən, yaraşıqlı binanın inşasına göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O deyib: “TürkPA qardaş xalqlar arasında gələcəyi parlaq və hədəfləri yüksək olan beynəlxalq təşkilatdır. Təşkilatın fəaliyyətinə üzv ölkələrin parlamentləri xüsusi diqqət göstərirlər. Təşkilatın fəaliyyəti tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir. Əsas məqsədimiz bu istiqamətlərdə başladığımız fəaliyyəti davam etdirməkdir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edir. Azərbaycan, Qazaxıstan və Qırğızıstan müstəqilliklərinin 25 illik yubileylərini qeyd edirlər. Bu illər ərzində ölkələrimiz böyük uğurlar əldə edib, beynəlxalq aləmdə özlərinə layiqli yer tutublar. Bunun nəticəsidir ki, dünyada artıq bizim ölkələrimizin parlamentlərinin də səsi eşidilir”.
Bakıda TürkPA-nın Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılmasının əlamətdar hadisə olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman üzv ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. Ölkələrimiz arasındakı həmrəyliyin tarixi köklərimizdən qaynaqlandığını qeyd edən İsmayıl Qəhrəman deyib: “Biz hər zaman birlikdə olmalıyıq, güclü olmalıyıq. İnkişafımızı istəməyən qüvvələr mövcuddur. Biz onların qarşımızı kəsmələrinə imkan verməyəcəyik”.
Sədr TürkPA-nın fəaliyyətinə dəstək verən üzv ölkələrə minnətdarlığını bildirərək qeyd edib ki, yeni binada səmərəli iş üçün hər cür imkan var.
Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekov bildirib ki, Türkdilli Ölkələrin Parlament Assambleyası gənc olmasına baxmayaraq, bir sıra uğurlu nailiyyətlərə imza atıb, beynəlxalq miqyasda kifayət qədər nüfuz qazanıb. O, türkdilli ölkələrin əməkdaşlığına dövlət başçılarının da öz fəaliyyətləri ilə töhfə verdiklərini bildirib. Həmçinin üzv ölkələrin parlamentlərinin fəaliyyətini də qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində TürkPA-nın rolunu xüsusi vurğulayıb.
Çınıbay Dursunbekov yeni mənzil-qərargahının təşkilatın inkişafına və üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Joqorku Keneşin sədri dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun öz imzası olan kitablarını katibliyə hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

