Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir
13.01.2017 [10:00]
Müasir müstəqil Azərbaycan dövləti hazırkı mərhələyə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, təhlükəsizlik problemləri ilə üzləşən Azərbaycan ötən müddət ərzində həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu nəticəsində bütün sahələrdə mühüm nailiyyətlər qazanıb, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Belə ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu strateji kursun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olaraq, ölkəmiz beynəlxalq miqyasda söz və nüfuz sahibi kimi çıxış etməkdədir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Dövlətimizin başçısının ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın strateji kursu olduqca yüksək qiymətləndirilməkdədir.
Son 13 il ərzində həyata keçirilən tədbirlər, xüsusilə sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər sabitlik və tərəqqinin davamlılığını şərtləndirib. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da dünya miqyasında avanqard göstəricidir. 2004-cü ildən bəri respublikamıza 200 milyard dollardan çox sərmayələr yönəldilməsi Azərbaycanın investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrildiyini, eyni zamanda, respublikamıza inamın artdığını təsdiqləyir. 2004-cü ildən bəri 71 min yeni müəssisənin yaradılması və təxminən 1,5 milyon yeni iş yerinin açılması respublikamızda iqtisadi aktivliyin kifayət qədər yüksək olmasına dəlalət edir.
Ötən il ərzində sahibkarlığın, qeyri-neft sektorunun, özəl bölmənin inkişafı yönündə və digər istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsi üçün Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamlar imzalaması da xüsusilə qeyd edilməlidir. Xüsusilə də, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman böyük əhəmiyyət kəsb edir. Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır.
Təsadüfi deyil ki, məhz qlobal iqtisadi-maliyyə problemlərinin tüğyan etdiyi indiki şəraitdə Azərbaycan da bu proseslərdən müəyyən qədər təsirlənsə də, əhalinin sosial rifahının yaxşılaşdırılması, ayrı-ayrı sahələrdə inkişafın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Xüsusilə, indiki çətin şəraitdə Azərbaycan özünün sosial siyasətinə sadiqlik nümayiş etdirir. Neft gəlirlərinin azalması fonunda ölkəmizdə sosial sahəyə aid hər hansı proqram təxirə salınmayıb, əksinə, bu istiqamətdə yeni təşəbbüslər irəli sürülüb. Bu, ölkəmizdə dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi kimi çıxış edir. Məlum olduğu kimi, dayanıqlı inkişaf siyasəti daha çox insan resurslarının inkişaf etdirilməsi, yoxsulluğun azaldılması və digər sosial, iqtisadi və ekoloji xarakterli istiqamətləri ehtiva edir. Ölkəmizdə reallaşdırılan Dövlət proqramları, müxtəlif layihələr, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycanda sosial prioritetlərin əsas tutulduğu rasional və innovativ inkişaf strategiyasının seçilməsinin göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi sosial siyasət kursundan bəhs edərkən o da vurğulanmalıdır ki, Azərbaycanda vətəndaşların layiqli həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər olduqca yüksək qiymətləndirilir. İslahatların sosial sferanı əhatə etməsi Azərbaycan dövlətinin yeni iqtisadi şəraitdə də özünün sosial siyasətinə sadiq qaldığını təsdiqləyir. Prezident İlham Əliyev ölkəmizdə aparılan iqtisadi islahatların güclü sosial siyasətlə tamamlanmasının insanların mənafeyinə xidmət etdiyinə diqqət çəkərək deyib: “Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər”.
2017-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin ümumi çəkisinin 40,3 faiz səviyyəsində müəyyən edilməsi də Azərbaycan dövlətinin sosial siyasət kursunun uğurlu davam etdirilməsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirdiyini göstərir. Qeyd edək ki, bu xərclər ötən illə müqayisədə 292 milyon manat artırılaraq, 6 milyard 686 milyon manat nəzərdə tutulub. Bundan başqa, 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün isə dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Azərbaycanda həyata keçirilən sosial məzmunlu inkişaf siyasətindən bəhs edərkən özəl bölmənin tərəqqisi istiqamətində reallaşdırılan tədbirləri də xüsusi vurğulamaq lazımdır. Çünki bu tədbirlər həm milli inkişafı təmin edən mühüm vasitə qismində çıxış edir, həm də insanların sosial rifah halının yaxşılaşmasına xidmət göstərir.
Azərbaycanı ötən müddət ərzində beynəlxalq səviyyədə fərqləndirən, dövlətimizə üstün mövqe və nüfuz qazandıran mühüm amillərdən biri də ölkəmizin tolerantlıq nümunəsi olması, multikultural dəyərləri təbliğ etməsidir. 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib və ötən il ərzində Azərbaycan həm beynəlxalq miqyasda, həm də ölkə daxilində tolerantlıq nümunəsi olaraq multikultural ənənə və dəyərləri aşılayıb, mütərəqqi örnək olduğunu bir daha sübuta yetirib. Bəllidir ki, Azərbaycanda müxtəlif xalqların, o cümlədən ayrı-ayrı etnik qrupların və dini konfessiyaların nümayəndələri birgə sülh, əmin-amanlıq, sabitlik, dostluq və həmrəylik şəraitində yaşayırlar. Azərbaycanda bu zamana qədər əldə edilən çoxsaylı nailiyyətlərin əsasında duran əhəmiyyətli amillərdən biri də məhz budur. Azərbaycan xalqı multikultural dəyərlərin daşıyıcısıdır və ölkəmizdə tolerantlıq mühiti hökm sürür. Əgər belə olmasaydı, ölkəmiz qısa müddət ərzində inkişafa, təhlükəsizliyə xidmət edən çoxsaylı nailiyyətlər qazana bilməzdi.
2016-cı ilin oktyabr ayında ölkəmizə səfər edən Roma Papası Fransiskin səsləndirdiyi fikirlər də Azərbaycanın tolerantlıq nümunəsi olduğunun beynəlxalq miqyasda bir daha təsdiqi oldu, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu, xalqımızın sahib olduğu çoxəsrlik tolerantlığın nəticəsi kimi çıxış etdiyini bir daha dünyaya nümayiş etdirdi. Roma Papası Fransisk qeyd etdi ki, Şərq ilə Qərb arasında qapı olan Azərbaycan hər zaman özündə insanlara sülh və insanın parlaq gələcəyi üçün möhkəm zəmin yaratmaq baxımından əsas təşkil edən açıq olmaq mədəniyyətini inkişaf etdirib.
Ötən müddət ərzində başlanmış və 2016-cı ildə də davam etdirilən islahatlar ölkəmizdə idarəetmə sisteminin daha da təkmilləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Dünyanın yüksək inkişaf səviyyəsinə çatmış ayrı-ayrı ölkələrinin təcrübəsi göstərir ki, dövlətin, cəmiyyətin irəliyə getməsi, ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə zamanın tələblərindən yaranan yeni çağırışlara adekvat addımlar atmaq iqtidarında olması idarəçilik sisteminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə sıx bağlıdır. Başqa sözlə desək, ölkələrin idarəetmə sistemləri mütləq dövrün dəyişən tələblərinə uyğun qurulmalıdır. İdarəetmə sisteminin səmərəli qurulması isə, öz növbəsində, ölkələrin qarşıya qoyduqları yeni hədəflərə doğru inamla irəliləməsini və yeni nailiyyətlər qazanmasını şərtləndirir. Bu mənada, Azərbaycan nümunəsi mütərəqqi və örnək xarakter daşıyır. Xüsusilə də, keçən il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referenduma çıxarılan və vətəndaşlar tərəfindən qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər idarəetmə sisteminin təkmilləşməsinin hüquqi əsaslarını daha da gücləndirib. Bütövlükdə, ölkəmizdə həyata keçirilən islahatlar hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi, idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində strateji önəm kəsb edir. Həmçinin ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir. Ölkəmizdə həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır. Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Qeyd etdiyimiz kimi, məhz ötən ilin sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər də islahatlar kursunun tərkib hissəsini təşkil edir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir. Dayanıqlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilməsi isə islahatların davamlı olacağına dəlalət edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir.
Aytac Əliyeva
YAP Gənclər Birliyinin
sədr müavini, politoloq
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

