Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: YAP bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi zona müşavirələrini yekunlaşdırır

Siyavuş Novruzov: YAP bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi zona müşavirələrini yekunlaşdırır

17.06.2009 [09:25]

Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar hazırlıq işlərinə başlayıb. Bu barədə YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, hakim partiya tərəfindən bu vaxta kimi bələdiyyə seçkiləri ilə bağlı 5 zona müşavirəsi keçirilib. “Hazırda ayrı-ayrı şəhər və rayonlarda seçkilərə hazırlıqla bağlı işlər davam etdirilir. Bu ayın sonuna kimi zona müşavirələri yekunlaşdırılacaq”, - deyən S.Novruzov YAP üzvlərinin iştirakı ilə yerlərdə seçki qərargahları yaradıldığını və qərargah üzvlərinin siyahılarının təsdiq olunduğunu bildirib. Millət vəkili qeyd edib ki, bundan sonrakı dövr ərzində isə siyahıların dəqiqləşdirilməsi, ərazinin öyrənilməsi, bələdiyyə seçkilərinə hazırkı namizədlərin fəaliyyətlərinin təhlili, cəmiyyət tərəfindən onlara olan münasibət və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
“Sonra isə yeni namizədlərin müəyyənləşdirilməsi prosesi başlayacaq. Bütün bu kimi işlərə biz sentiyabr ayında start verəcəyik”, - deyə S.Novruzov əlavə edib.

Paylaş:
Baxılıb: 1169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30